• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ucuz avtomobil istehsalına başlayır

Azərbaycan  ucuz avtomobil istehsalına başlayır
16.05.2017 19:40
Azərbaycanda yeni avtomobil istehsalı başlayır. Söhbət "Azevrocar” şirkəti ilə və "İran Khodro” şirkətinin birgə istehsalı olacaq avtomobillərdən gedir. 

Xəbər verdiyimiz kimi, Neftçalada Sənaye Məhəlləsində yeni avtomobil zavodu iyun ayından fəaliyyətə başlamalıdır.

Anews.az xəbər verir ki, "Azevrocar” şirkətindən Fins.az-a verilən məlumata görə, qış sərt keçdiyi üçün zavodun tikintisində bir qədər yubanma olub. Artıq işlər yekunlaşmaq üzrədir. Yeni avtomobil zavodunun avqust ayında açılması planlaşdırılır.

Əvvəlcə, "Runna”, "Dena”, "Samand” və "Soren”lər yığılacaq

Zavodda əvvəlcə "İran Khodro” markasına aid 4 modelin - "Runna”, "Dena”, "Samand” və "Soren” avtomobilllərinin yığımına başlanılacaq. Ehtiyat hissələrinin bir hissəsinin yerli zavodlarda istehsalı planlaşdırılır. Bunun üçün həmin zavodlara təkliflər veriləcək. Ehtiyat hissələrinin bir hissəsini STP və SOCAR-ın zavodu istehsal edəcək.

Zavodların test məhsulları İran şirkəti tərəfindən müsbət rəy alarsa, ehtiyat hissələrinin istehsalı başlayacaq. Avtomobil zavodu ehtiyat hissələrinin istehsalı ilə bağlı Sumqayıt Texnologiyalar Parkı, o cümlədən plastik hissələrin istehsalı üçün SOCAR-ın yeni tikiləcək zavodu ilə əməkdaşlıq etməyi planlaşdırır.

Yerli avtomobil xaricdə də satılacaq

Yığılan avtomobillərin 15-20%-i xaricdə satılacaq. "Azevrocar”dan verilən məlumata görə, xarici bazar olaraq MDB ölkələri və Mərkəzi Asiya ölkələri nəzərdə tutulub. Keyfiyyət və qiymətdə rəqiblərini qabaqlayacaq.

Qeyd edək ki, bir neçə ildir ki, Naxçıvan Avtomobil Zavodunda Çinin "Lifan” şirkəti ilə birgə "Naz Lifan” avtomobilləri yığılır.

Amma avtomobil zavodu alıcı tapmaqda çətinlik çəkir. Satışların böyük hissəsi də demək olar ki, birbaşa dövlət sifarişlərinin payına düşür. Bu baxımdan yeni istehsal ediləcək avtomobillərin necə bazar payı əldə edəcəyi məsələsinə gəlincə, "Azevrocar”dan bildiriblər ki, zavodda yığılacaq avtomobillər, həm qiymət, həm də keyfiyyət baxımından bazarda rəqabətə davamlı olacaq:

"Azərbaycan bazarında ən ucuz təzə avtomobilləri biz satacağıq. Yeni modellərin qiymətləri 10-12 min manat aralığında dəyişəcək. Müqayisə üçün hazırda Azərbaycan bazarında bu qiymətə, demək olar ki, yeni avtomobil yoxdur”.

Yeni yığılacaq avtomobillərin keyfiyyətinə gəlincə, şirkətdən bildiriblər ki, marka "Avro 5” standartları üzrə keyfiyyət sertifikatı alıb. Avtomobillərin keyfiyyəti tam yüksək səviyyədə olacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol