• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində Press-tur keçirilmişdir

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində Press-tur keçirilmişdir
30.05.2017 15:10
26 may 2017-ci il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankının kommunikasiyasının başlıca hədəf qrupu kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə mütəmadi olaraq Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq "Açıq qapı” tədbirləri, "Mərkəzi Bankçılıq” və "Maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlimlər təşkil olunur.

Bu prosesin davamı olaraq cari ilin 10 aprel - 15 may tarixlərində KİV nümayəndələri üçün "Mərkəzi Bankçılıq və Maliyyə savadlılığı” mövzusunda treninq keçirilmişdir. Treninqin sonunda seminarlarda fəal iştirak edən və keçirilən test imtahanında yüksək nəticələr göstərən jurnalistlər, həmçinin yerli televiziya və mətbuat nümayəndələri üçün Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası (MR) İdarəsinə press-tur təşkil edilmişdir.

Press-turun keçirilməsində əsas məqsəd media nümayəndələrini İdarənin, eləcə də digər müvafiq təşkilatların fəaliyyəti barədə əyani məlumatlandırmaq olmuşdur.

Press-tur zamanı KİV nümayəndələrinə muxtar respublikada sosial-iqtisadi inkişafın dinamik xarakter alması, burada bank-maliyyə institutlarının inkişafı, iqtisadi və maliyyə savadlılığının artırılması, İdarənin həyata keçirdiyi funksiyalar və muxtar respublika iqtisadiyyatı üçün İdarənin əhəmiyyəti barədə məlumat verilmişdir.

Jurnalistlərə "Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin yerinə yetirdiyi funksiyalar və muxtar respublikada bank infrastrukturu” adlı təqdimat nümayiş olunmuşdur. Təqdimatla jurnalistlərə muxtar respublikada bank infrastrukturu və statistik göstəricilər, o cümlədən müasir elektron ödəniş xidmətlərin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində tətbiq olunan dövlət proqramları, həmin proqramlardan irəli gələn vəzifələrin icrası istiqamətində görülmüş işlərdən bəhs edilmişdir. Təqdimatın sonunda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

Sonra jurnalistlər İdarənin struktur bölmələri, o cümlədən muxtar respublikanın bank-maliyyə infrastrukturları, eləcə də Naxçıvan şəhərində fəaliyyət göstərən kommersiya banklarının iş fəaliyyəti ilə tanış olmuşlar.

Mərkəzi Bankın Naxçıvan MR İdarəsinə press-turdan sonra jurnalistlər Naxçıvan Dövlət Texniki Kollecində olmuş və kollecin fəaliyyəti barədə onlara ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, kollecdə Mərkəzi Bankın dəstəyi ilə yaradılmış Bank və poçt işi kabinəsi regionda bankçılıq sahəsində orta ixtisaslı kadrların yetişdirilməsində xüsusi əhəmiyyətə malikdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol