• $
  • €
  • ₽
  • ₺
  • £

Bəhrəmtəpə-Mincivan yolu yenidən qurulur - VİDEO

Bəhrəmtəpə-Mincivan yolu yenidən qurulur - VİDEO
01.06.2017 16:40
Yenidənqurma işləri iki hissə üzrə, yolun 112-137 və 138-177-ci km-də aparılır

"Azəravtoyol” ASC tərəfindən yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 112-177-ci km-lik hissəsində (65 km) işlər davam etdirilir. Avtomobil yolunun Beyləqan rayonu ərazisinə düşən 112 -137 ci km-də (26 km) asfaltlanma işləri artıq yekunlaşmaq üzrədir.

"Report" bu barədə "Azəravtoyol”a istinadən xəbər verir.

Füzuli rayonun ərazisinə düşən ikinci hissənin uzunluğu 39 km-dir. Sözügedən ərazidə yolun könnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, zəruri olan yerlərə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb, 8 km-lik hissədə yeni yol yatağı inşa edilib. Torpaq işləri yekunlaşan ərazilərin asfaltlanması işləri də görülüb.

Hazırda layihə boyu yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının və yol əsasının inşası, həmçinin asfaltlanma işləri davam etdirilir. Ümumilikdə yolun 500 min kv. metrdən çox hissəsinə ikiqat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənəcək.

III texniki dərəcəyə uyğun yenidən qurulan 2 hərəkət zolaqlı yolun hərəkət hissələrinin hər birinin eni 3,5 metr, çiyinlərin eni 0,5 metr bərkidici zolaqla birgə 2,5 metr olmaqla yol yatağının ümumi eni 12 metr təşkil edir.

Bundan başqa yenidən qurulan yolun üzərində yerləşən 6 ədəd 2 aşırımlı, uzunluqları 24-36 metr olan avtomobil körpülərinin əsaslı şəkildə təmiri də yekunlaşdırılıb. Təmir işləri çərçivəsində körpünün hərəkət hissələrinin eni 10-12 metrə qədər genişləndirilib. Layihəyə uyğun olaraq yol boyu 60 ədəd suötürücü borunun tikintisi də nəzərdə tutulub.

Qeyd edək ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun təqribən 177-ci km-dən götürür.Yolun yenidən qurulması ilə 30-a yaxın yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.

Layihənin reallaşdırılması birbaşa olaraq "Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir.

Xatırladaq ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 0-112 km-lik hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol