• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kreditlərə əlçatanlıq səviyyəsi artırılacaq

Azərbaycanda kreditlərə əlçatanlıq səviyyəsi artırılacaq
03.06.2017 13:00
2017-ci ildə Azərbaycanda maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı ilə bağlı görüləcək tədbirlər açıqlanıb.

Anews.az "Report”a istinadən xəbər verir ki, bu, ölkə prezidentinin "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamının həyata keçirilməsinə dair ötən gün təsdiq edilmiş Tədbirlər Planında öz əskini tapıb.

Plana əsasən, bu il aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulub:

- Daşınar əmlak üzərində yüklülüyün yaranması, üçüncü şəxslər üçün yüklülük barədə məlumatların əldə olunmasının açıqlığı, daşınar əmlaka tutma yönəldilməsi (realizəsi) ilə bağlı vahid yanaşmanı (girov, lizinq, faktorinq və digər bütün münasibətlər üzrə eyni prosedur) əks etdirən qanunvericilik aktlarının işlənməsi;

- Daşınar əmlakın hər hansı kateqoriyasının (məsələn, avadanlığın) yüklülük verənin (borclunun) sahibliyində qalmaqla müqavilədə və reyestrdə ümumi formada təsvirinə icazə verilməsi;

- Gələcəkdə əldə olunacaq əmlakın yüklü edilməsinə icazə verilməsi və yüklülüyün bəhərə, məhsula, habelə daşınar əmlakın əvəzlənməsi halında yeni daşınar əmlaka da avtomatik şamil olunması tədbirlərinin müəyyənləşdirilməsi;

- Əsas öhdəliyin ümumi formada təsvirinə, bütün növ öhdəliklərin təmin olunmasına və yüklülük müqaviləsində əsas öhdəliyin maksimal ölçüsünün göstərilməsinin mümkünlüyünə icazə verilməsi;

- Fiziki və hüquqi şəxslər üçün şəffaf və əlçatan olan, bütün ölkəni və bütün aktivləri əhatə edən, habelə yüklülük verənin (borclunun) identifikasiyası ilə əlaqələndirilən onlayn reyestrin yaradılması və fəaliyyətinin təmin edilməsi;

- Reyestrin bildiriş əsasında yüklülüyü qeydə alması (elektron bildirişin qeydə alınması formasında və sənədləri özündə toplamadan) və yüklülüyün bütün növlərini əhatə etməsi;
- Reyestrin maraqlı üçüncü şəxs tərəfindən yeni yüklülüyün onlayn formada qeydə alınmasına, mövcud yüklülüklərdə dəyişiklik edilməsinə və onlara xitam verilməsinə, habelə axtarış aparılmasına imkan verməsi;

- Yüklülük müqaviləsinin bağlanması zamanı daşınar əmlaka tutma yönəldilməsinin məhkəmədənkənar qaydasına icazə verilməsi, yüklülük sahibinin (kreditorun) daşınar əmlakı dövlət və ya özəl hərracda satmasına, habelə borc əvəzində daşınar əmlakı mülkiyyətinə götürməsinə icazə verilməsi;

Qeyd olunan tədbirlərin icrası ilə Prezident Administrasiyası, Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi məşğul olacaq. Yüklülük mexanizminin təkmilləşdirilməsi nəticəsində əməliyyatların sayının artması gözlənilir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol