• $
  • €
  • ₽
  • ₺
  • £

Turizmin fəaliyyəti üçün lisenziyalar bərpa edilə bilər?

Turizmin fəaliyyəti üçün lisenziyalar bərpa edilə bilər?
13.06.2017 11:00
Əfsuslar olsun ki, lisenziyaların ləğv olunmasından sonra turizm sənayesində xidmətlərin aşağı səviyyədə göstərilməsi faktları ilə rastlaşdıq.
 
Anews.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, turizmin fəaliyyəti üçün lisenziyaların ləğv edilməsi biznes mühitinin yaxşılaşmasına doğru atılan bir addımdır. Lakin bundan sui-istifadə edənlər də olur: "Lisenziyaların ləğvi biznesə tam sərbəstlik vermək məqsədi daşıyır. Ona görə də bu, çox düzgün addım idi və böyük inkişafa səbəb oldu. Amma istər-istəməz vəziyyətdən sui-istifadə edən insanlar da olur”.
 
Ə.Qarayev deyib ki, belə halların qarşısını almaq təkcə dövlətin işi  deyil. Turizm şirkətləri də bunda maraqlı olmalıdır.

Nazirin sözlərinə görə, bu gün turizm müəssisələrinin fəaliyyəti üçün lisenziyanın tələb edilməməsinə baxmayaraq, hər bir şirkət öz fəaliyyətini daim təkmilləşdirməlidir: "Belə olmasa, biz dünyada gedən qlobal turizm proseslərinin arxasında qalacağıq. Ona görə də hər turizm şirkəti öz işini təkmilləşdirməkdə maraqlı olmalıdır. Mən istəməzdim ki, bələdçi səhv məlumat versin, internetdə yalan məlumat yerləşdirilsin. Çünki dələduzluq faktları bizim ümumi turizm mənzərəmizə kölgə salır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol