• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərikimya" Birliyinə üç idarəetmə sistemi üzrə sertifikatlar təqdim olunub

"Azərikimya" Birliyinə üç idarəetmə sistemi üzrə sertifikatlar təqdim olunub
14.06.2017 21:30
Azərikimya” İB-nin beynəlxalq standartlara keçidi ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzində "Azərikimya” İB-nin beynəlxalq standartlara keçidi ilə əlaqədar tədbir keçirilib.

"Report” xəbər verir ki, "Azərikimya” İB-yə ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 İdarəetmə Sistemləri üzrə sertifikatlar təqdim olunub.

Mərasimdə çıxş edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, SOCAR beynəlxalq standartlara böyük önəm verir: "Beynəlxalq şirkət olmaq yolunda Azərbaycan Prezidentinin şirkət qarşısında qoyduğu tapşırıq uğurla həyata keçirilir. Əsas tapşırıq həm də SOCAR-ın işini beynəlxalq standartların tələbləri çərçivəsində qurması ilə bağlıdır. Bu gün Etilen-Polietilen Zavoduna "Bureau Veritas” şirkətinin 3 sertifikatının təqdim olunması zavodun işini bu şirkətin standartlarının tələbləri çərçivəsində qura bildiyini göstərir”.

Tədbirdə "Azərikimya” İB-nin icraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov İB-nin idarə və müəssisələrində işlərin təhlükəsiz aparılması və istənilən təhlükə potensialının aradan qaldırılması, işçi heyətin heç bir xəsarət almadan işləməsinin təmin edilməsi, ətraf mühitə mənfi təsirin minimuma endirilməsi və həmçinin baş verə biləcək hadisələrin, qəzaların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi "Azərikimya”nın fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

O bildirib ki, İSO 9001:2008, İSO 14001:2004 və OHSAS 18001:2007 İdarəetmə Sistemlərinin tətbiq olunması vacib bir amil kimi qarşıya qoyulub: "Bütün bunlar nəzərə alınaraq 2015-cı ilin avqust ayından başlayaraq yuxarıda qeyd olunan beynəlxalq standartların tətbiqi və sertifikatlaşdırılması işlərinin yerinə yetirilməsi məqsədilə işçi qrup yaradılaraq SOCAR-ın Təlim Tədris Mərkəzində təlimlərə cəlb olunub, bundan sonra Birliyin siyasəti hazırlanaraq hədəflər müəyyənləşdirilib və I və II tərəf daxili audit keçirilib. Cari ilin yanvar ayında müsabiqənin qalibi seçilmiş "Bureau Veritas Azeri” MMC şirkəti tərəfindən "Azərikimya” İB-də III tərəf audit keçirilib, aşkar olunan çatışmazlıqlarla bağlı verilmiş təklif və tövsiyələr müşahidə xarakterli olduğu üçün yerindəcə aradan qaldırılıb. Nəticə etibarilə isə "Azərikimya” İB ISO 9001:2008 Keyfiyyətlə İdarəetmə Sistemi, ISO 14001:2004 Ətraf Mühitin Mühafizəsinin İdarə edilməsi Sistemi, OHSAS 18001:2007 Sağlamlıq və Təhlükəsizlik Texnikasının İdarə edilməsi Sisteminə keçidlə bağlı sertifikata layiq görülüb”.

Tədbirdə "Bureau Veritas Azeri” MMC şirkətinin Sertifikasiya və tədris üzrə meneceri, baş auditor Cəlal Quliyev tərəfindən hər üç idarəetmə sistemi üzrə sertifikatlar "Azərikimya” İB-yə təqdim olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol