• $
  • €
  • ₽
  • ₺
  • £

Pambıqçılığın inkişafı üçün güzəştli kredit verilib

Pambıqçılığın inkişafı üçün güzəştli kredit verilib
16.06.2017 22:00
Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabirabad rayonunun Ulacalı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
 
Nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, forum çərçivəsində Sabirabad rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, intensiv bağçılıq, istixana, cins heyvandarlıq təsərrüfatlarının, meyvə-tərəvəz və süd emalı müəssisələrinin yaradılması, soya, mərci və noxud əkini üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
 
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 524,4 mln. manat güzəştli kredit verilib. Qeyd edilib ki, bugünkü forumda Sabirabad rayonunda ildə 109 milyon ədəd əmtəəlik yumurta və 1,4 min ton quş əti istehsal etmək gücündə olacaq müəssisənin tikintisinə güzəştli kredit ayrılıb. Müəssisə istifadəyə verildikdən sonra burada 130-a yaxın yeni iş yeri yaradılacaq.
 
Ümumilikdə isə, son illər 40 quşçuluq təsərrüfatına 133,3 mln. manat güzəştli kredit verilib. Həyata keçirilən sistemli tədbirlər nəticəsində, sənaye quşçuluğunun illik istehsal gücü 130 min tonu ötüb, quş əti istehsalı artaraq 2016-cı ildə 95,5 min ton, o cümlədən sənaye üsulu ilə istehsal 2,5 dəfə artaraq 53,4 min tona, yumurta istehsalı 1,6 mlrd. ədədə (36,6% artım), o cümlədən sənaye üsulu ilə istehsal 48,8% artaraq 668,4 mln. ədədə çatıb: "Bu məhsullarla özünütəminetmə səviyyəsi yüksəlib, ixrac imkanları artıb”.
 
İşgüzar forum çərçivəsində Sabirabad və ətraf rayonlardan olan sahibkarlara 3,1 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, pambıqçılıq, quşçuluq, heyvandarlıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 300-dən çox yeni iş yerinin açılması imkanı yaradacaq.
 
Forum çərçivəsində Sabirabadda güzəştli kredit ayrılan pambıqçılıq təsərrüfatına baxış keçirilib.
 
Qeyd edək ki, 2017-ci ilin ötən dövrü ərzində pambıqçılığın inkişafı məqsədilə 144 sahibkara 7,2 milyon manat güzəştli kredit verilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol