• $
  • €
  • ₽
  • ₺
  • £

Novxanı-Pirşağı avtomobil yolunda tikinti işləri yekunlaşır

Novxanı-Pirşağı avtomobil yolunda tikinti işləri yekunlaşır
19.06.2017 21:00
Yol Sumqayıtdan Bakıya rahat və maneəsiz gediş-gəlişi təmin edəcək, paytaxtın avtonəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərəcək.

Abşeron yarımadasının şimal hissəsində, sahil boyu salınan və 12,7 km uzunluğunda olan Novxanı-Pirşağı avtomobil yolundan işlər artıq yekunlaşır.

"Report" xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, sahil yolunun inşası zamanı bəzi ərazilərdə mövcud yolun eni böyüdülüb. Belə ki, avtomobil yolunun həm Novxanı, həm də Pirşağı qəsəbələrindən keçən hissəsində yolun eni 3-4 m-dən 9 m-ə qədər genişləndirilib.

Bəzi ərazilərdə isə yol yeni tras üzrə inşa olunub. Bunun üçün yeni yolun keçdiyi ərazilərə, xüsusən çökəklik sahələrə karbonat materialı tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Bundan başqa yol boyu maneələr sökülüb, kommunikasiya xətləri də köçürülüb.

Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı olan yolun hərəkət hissəsinin eni 7.5 m, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0.75 m-dir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.5 m enində piyada səkiləri də tikilib, 50 min p/m səki daşı düzülüb. Piyada səkinin hərəkət hissəsində asfaltlanma işləri görülüb.

Hazırda yolun son 2 km-lik hissəsinin asfaltlanması işləri də bitmək üzrədir. Ümumilikdə isə 3 qat olmaqla 20 sm qalınlığında və 115 min m2 əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Tikinti işlərinə uyğun olaraq nəzərdə tutulmuş sayda, daha dəqiqi zəruri olan yerlərə 165 ədəd yol nişanı və 29 ədəd məlumatverici lövhə quraşdırlıb, yolda 5 min m2 üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.

Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən, bu il reallaşdırılacaq 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan Novxanı - Pişağı avtomobil yolunun tikintisi "Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılır.

Qeyd edək ki, yeni avtomobil yolu Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəlişi təmin edəcək. Bu isə öz növbəsində paytaxt Bakının avtonəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərəcək. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol