• $
  • €
  • ₽
  • ₺
  • £

2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır

2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır
22.06.2017 14:55
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin üzvü Vahid Əhmədov "APA-Economics"ə bildirib ki, iclasda "2017-ci il dövlət büdcəsinə dəyişikliyin edilməsi haqqında" qanun layihəsi müzakirə edilib.
 
Millət vəkilinin sözlərinə görə, qanun layihəsinə əsasən dövlət büdcəsinin gəlirlərinin 511 mln. manat, xərclərinin isə təxminən 1 mlrd. manat artırılması təklif olunur: "Proqnoza əsasən, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə əlavə olaraq 135 mln. manat daxil olacaq. Bununla yanaşı, büdcədənkənar gəlirlər hesabına 76 mln. manatın cəlb olunması nəzərdə tutulur. Dövlət Gömrük Komitəsinin xətti ilə də əlavə vəsaitin cəlb olunması nəzərdə tutulur ki, bu da gömrük rüsumlarının hesabına formalaşacaq. Azərbaycan Mərkəzi Bankının mənfəəti də dövlət büdcəsinə daxil olacaq. Bundan başqa, son dövrlər qəbul etdiyimiz qanunlara əsasən maliyyə sanksiyaları sərtləşdirilib ki, bu da daxilolmaların artmasına səbəb olacaq. Yol polisinin sanksiyaları hesabına dövlət büdcəsinə daxil olan vəsaitin həcminin artırılması nəzərdə tutulub. 

Xərclərə gəlincə, SOCAR-a, Əmanətlərin Sığortalanması Fonduna müəyyən qədər vəsaitin ayrılması nəzərdə tutulub. Bundan başqa, Azərbaycan Beynəlxalq Bankının avrobondlarının emissiyası ilə əlaqədar xarici dövlət borcunun yuxarı həddinin 4,5 mlrd. manatadək artırılması nəzərdə tutulub. Bilirsiniz ki, dövlət başçısının Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması, o cümlədən özəlləşdirməyə hazır vəziyyətə gətirilməsi üçün fərmanı var. Bankın xarici öhdəliklərinin restrukturizasiyası üçün dövlət 4 mlrd. manat ayıracaq.
 
Beləliklə, dövlət büdcəsinin kəsiri 1 mlrd. 173 mln. manata yaxın olacaq ki, bu da ÜDM-in 1,8%-nə bərabər olacaq".

Deputat qeyd edib ki, qanun layihəsinə əsasən, neftin baza qiyməti dəyişməyəcək. "Əlavə daxilolmalar sırf qeyri-neft sektoru üzərində fokuslanıb", - deyə V.Əhmədov bildirib.
 
Millət vəkili əlavə edib ki, iqtisadiyyatda gedən proseslər onu deməyə əsas verir ki, dövlət büdcəsinin icrasında problem olmayacaq.
 
Xatırladaq ki, 2017-ci il dövlət büdcəsi büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri isə 16 mlrd. 900 mln. manat, dövlət büdcəsi kəsirinin yuxarı həddi 645 mln. manat məbləğində təsdiq edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol