• $
  • €
  • ₽
  • ₺
  • £

Vergilər Nazirliyi içki satışı ilə məşğul olanları yoxlayır

Vergilər Nazirliyi içki satışı ilə məşğul olanları yoxlayır
23.06.2017 19:19
Bakı şəhəri ərazisində keçirilən vergi nəzarəti tədbirləri zamanı alkoqollu içkilərin qanunsuz istehsalı, saxta aksiz markaları ilə markalanmış və ya aksiz markası olmadan satışı ilə məşğul olma halları aşkar edilib.

Anews.az nazirliyə istinadən xəbər verir ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 45 ünvanında yerləşən "Şərab evində” keçirilən vergi nəzarəti tədbiri zamanı, özünü obyektin sahibi kimi təqdim edən Xəlilov Eldar İsa oğlunun qeyri-qanuni olaraq aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alkoqollu içkilərin və tütün məmulatlarının saxlanılması və satışının həyata keçirilməsini təşkil etdiyi aşkarlanıb.

Sözügedən ünvanda aparılan baxış zamanı aşkar edilmiş xeyli miqdarda aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alkoqollu içkilər və tütün məmulatları götürülüb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 213-1-ci maddəsi ilə cinayət işi başlanılması üçün müvafiq sənədlər Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. 

2017-ci ilin ötən müddəti ərzində aksiz markası olmadan xeyli miqdarda aksiz markaları ilə markalanmalı olan məhsulların satışını həyata keçirən vergi ödəyicilərinin aşkar edilməsi üzrə Bakı şəhəri, Tbilisi prospektində yerləşən vergi ödəyicisi Məmmədov Osman Akif oğluna məxsus "Kübar market”də və Rəfiyev Çingiz Əlövsəd oğluna məxsus "Şərab evi №1”-də, Nəsimi və Nizami rayonları ərazisində fəaliyyət göstərən Tağıyev Ramil Rafiq oğlu, Gülmalıyeva Könül Gülalı qızı və Abbasov Elşad Telman oğluna məxsus siqaret satışı ilə məşğul olan 3 köşkdə, Xanadanova Turac Hətəm qızı və Məmmədov Natiq Əzizulla oğluna məxsus "Elbrus şərab evləri” şəbəkəsində, Sumqayıt şəhərində yerləşən Rəhimov Ramiz Əliəsgər oğluna məxsus "Soyuz peçat” mağazasında və digər obyektlərdə çoxlu sayda analoji hallar aşkar edilərək, qanunamüvafiq tədbirlər görülüb.

Ümumilikdə, respublika üzrə 2017-ci il ərzində aksiz markaları ilə markalanmalı olan malların, markalanmadan satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələləri üzrə yerli vergi orqanları tərəfindən vergi nəzarətinin həyata keçirilməsi haqqında 364 qərar çıxarılıb, 349 obyektdə nəzarət tədbiri həyata keçiriib, bunlardan 265-də vergi ödəyiciləri tərəfindən 33 439,4 manat miqdarında aksiz markası olmadan malların satışının həyata keçirildiyi aşkar edilərək, nəticələri müvafiq akt və protokollarla rəsmiləşdirilməklə inzibati xəta tərkibi yaradan materiallar baxılması üçün aidiyyəti üzrə rayon (şəhər) məhkəmələrinə, cinayət tərkibi yaradan materiallar isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Nazirlikdən deyilir ki, Vergilər Nazirliyi saxta aksiz markaları ilə markalanmış və ya aksiz markası olmadan satışı ilə bağlı nəzarət tədbirlərini davam etdirir. Nöqsan aşkar edilən şəxslərlə bağlı qanunamüvafiq tədbirlər görüləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol