SOCAR Metanol Zavodu üçün 394 mln. manat ilkin ödəniş edib

Zavodun ümumi dəyəri 810 mln. manat olub.
Bu il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Metanol Zavodunun alınması üçün müvafiq tərəflərlə 810 mln. manat məbləğində müqavilə imzalayıb.
"Report” xəbər verir ki, bu barədə "Ernst&Young”a (EY) şirkəti tərəfindən auditi aparılmış SOCAR-ın konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.
Məlumata görə, müqaviləyə əsasən, müəssisənin alınması üçün SOCAR 394 mln. manat ilkin ödəniş həyata keçirib.
www.anews.az
























