• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakı Metropoliteni" yay qrafikinə keçməyə hazırlaşır

"Bakı Metropoliteni" yay qrafikinə keçməyə hazırlaşır
07.07.2017 13:40
İyulun 10-dan qatarlar arasında interval gur saatlarda 2,5 dəqiqə, qalan vaxtlarda isə əsasən 3 dəqiqə olacaq.

"Bakı Metropoliteni" QSC yay mövsümünün başlanması ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik etməyə hazırlaşır. 

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, tədris mövsümünün başa çatması, həmçinin paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. 

"Bakı Metropoliteni"nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyul ayının 10-dan metropolitendə qatarların hərəkətində yay qrafikinin tətbiqinə başlanılır. Qrafikə uyğun olaraq, tərtib edilən cədvələ görə, bir saat ərzində hərəkət yükü nəzərə alınaraq, xətlərdə qatarlararası intervallarda dəyişikliklər edilib.

Gur saatlarda "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə interval 2,5 dəqiqə olacaq. Qalan vaxtlarda bu istiqamətdə 3 dəqiqəlik intervalla hesablanmış hərəkət təşkil ediləcək. 
 
"Məlumdur ki, metropolitendə iki xətt olsa da, qatarlar yolun əsas hissəsini bir xətt üzrə qət edir. Buna görə də, "28 May" stansiyasından sonra hərəkət zamanı həm "İçərişəhər", həm də "Dərnəgül" stansiyaları istiqamətində interval iki dəfə artır. Buna uyğun olaraq, həmin sahələrdə qatarlar gur saatlarda 5, digər vaxtlarda isə 6 dəqiqə uzaqlıqda olmaqla hərəkət edir. Gur hərəkət səhər saat 8-dən 10-a, axşam isə 6-dan 9-un yarısına qədərdir. Yalnız gecə saatlarına yaxın və qeyri-iş günləri hərəkət fərqli intervalla təşkil edilir. Yay qrafiki yeni tədris mövsümünə qədər qüvvədə olacaq", - deyə o, qeyd edib.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
İqtisadiyyat 17:47
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
İqtisadiyyat 16:40
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
İqtisadiyyat 15:32
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
İqtisadiyyat 15:15
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
İqtisadiyyat 12:48
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
İqtisadiyyat 12:12
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
İqtisadiyyat 12:01
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
İqtisadiyyat 11:18
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol