• $
  • €
  • ₽
  • ₺
  • £

“Şahdəniz” bütün tərəflər üçün əlverişli layihədir

“Şahdəniz” bütün tərəflər üçün əlverişli layihədir
10.07.2017 14:00
"Şahdəniz” layihəsinə qədər Azərbaycan dünyada, sadəcə, neft ixracatçısı kimi tanınırdısa, bu layihədən sonra həm də etibarlı qaz ixracatçısı siyahısına daxil olub.

anews.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu gün İstanbulda işini plenar iclaslarda davam etdirən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib: "Biz artıq 10 ildir strateji tərəfdaşlarımız olan Gürcüstan və Türkiyəyə bu layihədən olan qazı ixrac edir və bu ölkələrin enerji təminatına dəyərli töhfə veririk. "Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsi isə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində inkişaf edir. 40 mlrd. dollarlıq sərmayə dəyəri ilə qlobal miqyaslı layihə olan Cənub Qaz Dəhlizi Türkiyə və Avropanın enerji təminatı baxımından strateji əhəmiyyət daşıyır”.

R.Abdullayev qeyd edib ki, Cənub Qaz Dəhlizi Azərbaycanın, Türkiyənin və Avropanın uzunmüddətli maraqlarına tam uyğun olan bir layihədir: "Xəzər hövzəsindən Qərbi Avropaya qədər bir çox ölkələri əhatə edən bu əməkdaşlıq layihəsi iqtisadi maraqlar üzərində qurulub, kommersiya baxımından bütün tərəflər üçün əlverişlidir. Qarşıdakı illərdə Azərbaycan qazı digər tədarükçülərlə yanaşı, Avropanın təbii qaza artan tələbatını qarşılamaqda mühüm rol oynayacaq”.

"Avropa İttifaqı ölkələrində istehlak artmaqda, hasilat isə azalmaqdadır. 2016-cı ildə Aİ-də təbii qazın istehlakı 7,1% artıb, hasilat isə 1,6% azalıb. Bu da onu göstərir ki, gələcəkdə Avropanın yeni və alternativ mənbələrə ehtiyacı olacaq. Proqnozlara görə, Aİ-nin təbii qaz idxalından asılılığı 2030-cu ildə indiki 67%-dən 84%-ə qalxacaq. Biz Cənub Qaz Dəhlizini işə salmaqla Avropanın təmiz enerji ilə təmin olunmasında iştirak etməklə, həm enerji təhlükəsizliyinə, həm də ətraf mühitin qorunmasına öz töhfəmizi verə biləcəyik”, - deyə SOCAR prezidenti əlavə edib.

R.Abdullayev bildirib ki, hazırda Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə işlər qrafikə uyğun həyata keçirilir: "Uzunluğu 3 500 km və 4 seqmentdən ibarət olan Cənub Qaz Dəhlizinin ilk seqmenti "Şahdəniz-2” layihəsi, sonrakı seqmentləri isə müvafiq olaraq Cənubi Qafqaz Boru kəmərinin genişlənməsi, TANAP və TAP boru kəmərlərinin inşası layihələridir. Hazırda bütün seqmentlər üzrə işlər qrafikə uyğun həyata keçirilir. "Şahdəniz-2” layihəsi üzrə nəzərdə tutulan işlərin 94%-i, Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi üzrə 87%, TANAP üzrə bütövlükdə 77%, Türkiyəni qazla təchiz edəcək Əskişəhərə qədər hissənin tikintisinin 85%, TAP üzrə isə 45%-i başa çatıb”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol