• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandakı ABŞ şirkətlərinin sayı bəlli oldu

Azərbaycandakı ABŞ şirkətlərinin sayı bəlli oldu
19.07.2017 13:00
Vergilər Nazirliyində ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib.

anews.az Nazirliyin Media və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, görüşdə nazirin müavini İlkin Vəliyev ölkəmizdə mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, vergi sistemində aparılan modernləşmə prosesi, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib.

O bildirib ki, Vergilər Nazirliyi ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmi çərçivəsində xarici ölkələrin, o cümlədən ABŞ-ın vergi orqanları ilə əməkdaşlığı genişləndirir.

İ.Vəliyev Amerika Ticarət Palatası ("AmCham”) ilə birlikdə vergi konfranslarının təşkil edildiyini qeyd edərək, bu görüşlərin vergi orqanları ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsində müstəsna rol oynadığını diqqətə çatdırıb. Nazir müavini Azərbaycan prezidentinin imzaladığı "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamına toxunaraq bildirib ki, vergi orqanları qarşısında qoyulmuş vəzifələrin icrası zamanı "AmCham” ilə birlikdə keçirilmiş görüşlərdə səslənən tövsiyələr də nəzərə alınıb.

Qeyd edib ki, ABŞ-la əməkdaşlığın davamı olaraq 2015-ci ildən "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) tələblərinin həyata keçirilməsi barədə Saziş” qüvvəyə minib. Bu sazişə əsasən, tərəflərin vergi ödəyicilərinin bank hesabları, həmin hesablara aid əməliyyatlar barədə məlumatların mübadiləsi həyata keçirilir.

Qonaqlara "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə müəyyən olunmuş hədəflər, onların mahiyyəti, habelə bilavasitə Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı olan istiqamətlər barədə məlumat verilib. Qeyd edilib ki, nazirliyin əsas icraçısı olduğu sahələrdən biri əlverişli biznes mühitinin inkişaf etdirilməsi hədəfi üzrə səmərəli vergi sisteminin təşviq edilməsidir. Hazırda Azərbaycanda ABŞ-a məxsus 300-ə yaxın müəssisə və təşkilat fəaliyyət göstərir və investisiya mühitinin daha da əlverişli vəziyyətə çatdırılması bu müəssisələrin sayının artmasına təkan verəcək. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol