• $
  • €
  • ₽
  • ₺
  • £

“Cənub Qaz Dəhlizi” şirkətinə 500 milyon dollar məbləğində kredit ayrılıb

“Cənub Qaz Dəhlizi” şirkətinə 500 milyon dollar məbləğində kredit ayrılıb
04.08.2017 17:00
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD, AYİB), Cənub Qaz Dəhlizinin ən böyük hissəsini təşkil edən Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsində istifadə edilmək üçün Azərbaycana məxsus "Cənub Qaz Dəhlizi"”  şirkətinə  500 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır.

aneüsşaz Marja-ya istinadən xəbər verir ki, 18 oktyabrda keçiriləcək idarə heyətinin toplantısında kreditin təsdiq olunması gözlənilir.

Açıqlamada, ümumi dəyəri 8,6 milyard dollar olan TANAP layihəsi üçün daha əvvəl Dünya Bankının 800 milyon dollarlıq və Asiya İnkişaf Bankının da 600 milyon dollarlıq kredit ayırmağı təsdiq etdiyi xatırladılıb.

Avropa İnvestisiya Bankının da TANAP üçün kredit təmin etməyi düşündüyü bildirilən açıqlamada layihənin Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin etməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Açıqlamada Cənub Qaz Dəhlizinin böyük bir hissəsini təşkil edən TANAP-ın tikintisi müddətində 9 mindən artıq, daimi olaraq isə təxminən 300 nəfərə məşğulluq təmin ediləcəyi ifadə edilib.

 "Cənub Qaz Dəhlizi” şirkəti layihədə 58 faiz paya malikdir. Böyük hissəsi Azərbaycan hökumətinə məxsus bu şirkətin TANAP üçün yatıracağı investisiyanın 5 milyard dollara çatacağı qeyd edilib.

 "Cənub Qaz Dəhlizi” şirkətinin 51 faiz hissəsi Azərbaycan hökumətinə, 49%-i  ARDNŞ-ə (SOCAR) məxsusdur.

 İlk fazada 16 milyard kubmetr tutuma malik olacaq TANAP bu qazın 6 milyard kubmetrini Türkiyəyə, 10 milyard kubmetrini isə Avropaya daşıyacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol