• $
  • €
  • ₽
  • ₺
  • £

Vergilər Nazirliyinin uçotundan 11 mln. manatlıq mal yayındırılıb

Vergilər Nazirliyinin uçotundan 11 mln. manatlıq mal yayındırılıb
09.08.2017 22:00
Vergilər Nazirliyi ötən ay apardığı araşdırmalar zamanı vergi ödəyicilərinin həyata keçirdiyi əməliyyatlarda kifayət qədər risklərin yaranması halları aşkar edib. 

anews.az nazirliyə istinadən xəbər verir ki, bəzi vergi ödəyicilərinin təqdim etdiyi mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturaların verilmədiyi, malların (işlərin, xidmətlərin) satılmasına baxmayaraq, həmin əməliyyatlara görə vergilərin dövlət büdcəsinə ödənilmədiyi, satışdan əldə edilmiş pul vəsaitlərinin uçota alınmadığı, "Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə əməl edilmədiyi və bir sıra pozuntulara yol verildiyi müəyyən edilib. Bəzi hallarda isə vergi ödəyiciləri heç bir təsərrüfat subyektləri (anbarı, mağazası və s.) olmadığı halda, aldıqları (idxal etdikləri) malların satışını vergiyə cəlb etməyərək, həmin malları "mal qalığı” kimi göstərirlər.

Qeyd olunanlarla əlaqədar, nazirlik yanında Lokal Vergilər Departamenti ötən ay gördüyü tədbirlər nəticəsində ümumilikdə 10,529 mln. manat dəyərində mal-materialın əskik gəldiyini (mövcud olmadığı), yəni vergi ödəyiciləri tərəfindən satılmasına baxmayaraq, satışdan əldə olunan gəlirin müvafiq vergi bəyannamələrində əks etdirilmədiyini və vergidən yayındırıldığını, 885,2 min manat məbləğində mal-materialın isə uçotsuz, yəni sənədsiz olduğunu müəyyən edib. Həyata keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsindən yayındırılmış 1,916 mln. manat məbləğində əlavə dəyər vergisinin (ƏDV) vergi bəyannamələrində bərpa edilməsi üçün müvafiq tədbirlər görülüb.

Nazirlik xəbərdarlıq edib ki, maliyyə sanksiyalarına və cərimələrə məruz qalmamaq üçün vergi ödəyiciləri şəffaf vergi uçotunun qurulması, malların (işlərin, xidmətlərin) alışı və satışının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi və "Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərinə ciddi əməl edilməsini təmin etməlidirlər. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol