• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana gələn turistlər daha çox bu rayonlara səfər edirlər

Azərbaycana gələn turistlər daha çox bu rayonlara səfər edirlər
11.08.2017 14:00
Azərbaycanda paytaxtda, o cümlədən  bölgələrdə turizmin inkişafı istiqamətində müxtəlif tədbirlər keçirilir, treninqlər, təlimlər təşkil edilir. Hazırda yay fəslinin ən qaynar dövrünü yaşayırıq. Məlumdur ki, avqust turizm sahəsinin daha çox canlandığı aydır.

Yerli əhali ilə yanaşı, digər ölkələrdən Azərbaycana gələnlər dincəlmək üçün regionlara üz tuturlar.

Maraqlıdır, turistlər daha çox hansı bölgələrə üz tuturlar?

Şamaxı, İsmayıllı, Qəbələ, Şəki...
 
anews.az xəbər verir ki, Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a açıqlamasında turistlərin dincəlmək üçün daha çox şimal-qərb zonasına müraciət etdiklərini deyib: "Turistlər infrastruktru yüksək olan, daha yaxşı təşkil olunmuş, müxtəlif tipli hotelləri olan bölgələrə  üz tuturlar. Bunlardan da ən yaxşısı şimal-qərb zonasıdır.

Bura Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, daha sonra Quba-Qusar zonası daxildir. Növbəti sıralarda isə cənub zonasını, yəni Lənkəran, Masallı, Leriki qeyd etmək olar. Əsasən, ərəb və rus millətindən olan turistlər ilk növbədə şimal və şimal-şərq zonalarına gedirlər. Arzu edərdim ki, onlar nəinki şimal-şərq, şimal-qərb, həm də cənub zonasına da çox üz tutsunlar.

Cənub bölgəsində həm Xəzər dənizi, həm də dağlar, meşələr kifayət qədərdir. Reklam, yaxud digər məsələlərin düzgün qurulmaması tursitlərin cənub bölgəsinə az ziyarətinə səbəb olur. Həmçinin həmin bölgədə hotellərin sayı, xidmət səviyyəsi qənaətbəxş deyil.

Əlbəttə, cənub zonasının öz gözəlliyi var. Bu zonada daha çox daxili turizm yaxşı inkişaf edib. Yerli əhali cənub bölgəsində, xüsusilə də Lerikdə istirahət edir. 

Lerikdə "Relax”dan başqa yüksək səviyyəli hotellər də inşa edilsə, yaxşı olardı. Aldığımız məlumata görə, hazırda Lənkəranda bir neçə hotel tikilir. İnanırıq ki, bu hotellər də gələcəkdə turizm marşrutları sırasına salınacaq”.

"Bölgələrdə turistlərə göstərilən xidmətlər istənilən səviyyədə deyil” 

M.Ağakərimov bölgə turizminin  hazırkı səviyyəsindən də söz açıb: "Bölgə turizmi keçən illərə nisbətən daha çox inkişaf edib. Lakin  bununla yanaşı, biz eyni yerdə addımlamamalıyıq. Həmin bölgələrdə müxtəlif tipli hotellər, mehmanxana müəssisələri tikməli, qida kefiyyətinə nəzarət etməliyik. Bölgələrdə turistlərə göstərilən xidmətlər hələ də istənilən səviyyədə deyil.  Xidmət səviyyəsi ilə yanaşı, həmçinin qiymətlər müvafiq olarsa, Azərbaycan əhalisi də öz bölgələrimizdə istirahətə üstünlük verəcək. Bunun  üçün mütəxəssislər cəlb edilməlidir. Dəfələrlə bu barədə xəbərdarlıq edilsə də, sahibkarlar, müvafiq qurumlar  turizmə barmaqarası baxırlar. Əgər belə olmasaydı, bu söhbət uzun müddətdir, belə davam etməzdi. Radikal tədbirlər görülməlidir.

Bölgələrdəki turizm səviyyəsi heç olmasa qardaş Türkiyədəki kimi olmalıdır.  Deməli, haradasa boşluq var və bu işi düzgün aparmırıq.

Hazırda regionlarda turizm peşə məktəbləri fəaliyyət göstərir. Deməli, onların da işi hələlik yüksək səviyyədə deyil. İsmayıllı, Qəbələ, Quba, Qusar, Şəkidə turizm üzrə kurslar keçirilir. Lakin istədiyimiz səviyyədə deyil. Ya müəllimlərin səviyyəsi, ya da proqramlar qeyri-qənaətbəxşdir”.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol