• $
  • €
  • ₽
  • ₺
  • £

Şirkət Abunəçi Loyallığı İndeksinə görə birincidir

Şirkət Abunəçi Loyallığı İndeksinə görə birincidir
14.08.2017 12:41
Innovativ yenilikləri Azərbaycanın telko bazarında hər zaman birinci tətbiq edən Azercell Telekom MMC daha bir uğuru ilə seçilib. Belə ki, şirkət 2017-ci ilin II rübü üçün Beynəlxalq Abunəçi Loyallığı İndeksinin (NPS) qiymətləndirilməsində bütün rəqiblərini qabaqlayaraq, 64% nəticə ilə abunəçilərinin yüksək etimadını qazanıb. 2014-cü ildə ilk dəfə olaraq Azərbaycanda Abunəçi Loyallığı İndeksini ölçməyə başlayan Azercell, 2017-ci ilin II rübü üçün yerli mobil rabitə bazarında NPS göstəricisi üzrə liderliyini goruyub saxlamaqdadır. Qeyd edək ki, bu dəfə Abunəçi Loyallığı İndeksinin qiymətləndirilməsində Bakı ilə yanaşı bölgələrdəki sakinlər də da iştirak edib.

Bu indeks istehlakçının məhsul və ya şirkətə bağlılığını, onun xidmətlərini tövsiyə etmək hazırlığını müəyyən edir. Bu unikal qiymətləndirməni tətbiq etməklə, Azercell özünün müştəri xidmətləri sahəsində liderliyini bir daha təsdiq edib. İstifadəçilərin bağlılığının qiymətləndirilməsi üzrə bu yenilikçi modelin tətbiqi Azercell-ə öz müştərilərinin ehtiyaclarını daha dərindən öyrənməyə və gələcək fəaliyyətini onların istəklərini nəzərə alaraq təşkil etməyə imkan verir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi

bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol