• $
  • €
  • ₽
  • ₺
  • £

“8 Mart” yatağındakı 566 saylı özül əsaslı təmir edilib

“8 Mart” yatağındakı 566 saylı özül əsaslı təmir edilib
18.09.2017 18:00
Özülü "Neftqaztikinti” Tresti "Azneft” İB-nin sifarişi əsasında təmir edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti” Tresti "Azneft” İB-nin sifarişi əsasında N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi "8 Mart” yatağındakı 566 saylı stasionar dəniz özülündə əsaslı təmir işləri həyata keçirib.

"Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, özülün modernizasiyası və daha keyfiyyətli istismarını təmin etmək məqsədi ilə aparılan işlər zamanı 1 minik və 2 yanalma meydançası, 2 metal lövhə, 24 ədəd elektrik dirəyi və lafet lüləsi üçün 1 ədəd dor quraşdırılıb. Eyni zamanda 28 svay vurulub, 41,6 tonluq metal döşəmə və məhəccər çəpəri, həmçinin 7,4 tonluq piyada körpüsünün dayaq və döşəməsi əsaslı təmir edilib, işıqlandırma işləri görülüb.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. 

Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən özülün tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və istismara qəbul edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol