• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank komandası ekstremal yarışın qaliblərindən oldu

29.09.2017 12:09
Unibank komandası ölkəmizdə ilk dəfə keçirilən maneəli ekstremal "Mübarizlər” yarışında ən yaxşı nəticə göstərən 5 komandadan biri olub. Azərbaycan və Rusiya Fövqəladə Hallar Nazirliklərinin, AR Milli Olimpiya Komitəsinin birgə layihəsi olan yarışmada iştirak edən 50-dən artıq  şirkət komandası içərisində, Unibank komandası  korporativ sektor təmsilçiləri üzrə birinci yeri tutub.  Komandanın təlimçisi  Hakim İbrahimov 40-dan çox maneəni, 7 km məsafəni fəth etməklə, finişə çatmaq uğrunda mübarizə aparılan yarışda əldə olunan yüksək nəticəni güclü komanda ruhunda görür: "Burda həm psixoloji, həm də fiziki güc tələb edən manelər var idi. Unibank komandası yarışlara var gücü ilə hazırlaşırdı.  Nəzərə alsaq ki, ilk dörd yeri tutan komandalar hamısı peşəkar idmançılardır,  onda həvəskarlardan ibarət Unibank komandasının 5-ci yerə çıxmasının böyük uğur olduğunu görmək olar. Əgər idmançılardan ibarət komandalar olmasaydı,  əminəm ki, Unibank komandası 1-ci yeri tutardı. Unibank komandasının qələbəsinin əsas sirri bütün yarış boyu vahid komanda ruhunda çalışmaları idi.  Komanda üzvləri ən çətin maneələrdə bir-birinə kömək edirdi və bütün iştirakçı bank komandaları arasında ən yaxşı nəticəni göstərdi”.

Komanda üzvlərindən biri, Unibank-ın filial müdiri Teymur Fərəcov ekstrim, adrenalin dolu yarışın yüksək səviyyədə təşkil olunduğunu və komandalar arasında güclü mübarizə getdiyini deyir: "Unibank komandasının qaliblər cərgəsində olmasının bir neçə səbəbi var. Əvvəla, biz hazırlıq məşqlərində bütün komandamızla birlikdə aktiv iştirak edirdik. Həftədə 3 dəfə işdən çıxıb həmin məşqlərə qatılırdıq. "Mübarizlər” komanda yarışmasıdır və burada fiziki hazırlıqdan əlavə, komandada işləmək bacarığı olmalıdır. Komanda üzvləri nə qədər fiziki hazırlıqlı olsalar da, komanda işi yoxdursa, yaxşı nəticə olmaz. Biz isə Unibank komandasında artıq uzun illərdir çalışırıq və Unibank bizi bir komanda kimi formalaşdırıb. Məncə, əsas səbəblərdən biri də məhz yarış boyu bir- birimizə həm fiziki, həm mənəvi dəstək olmağımız idi”. 

Yarış içtirakçısı, Unibank-ın departament rəhbəri Əli Əliyev də hesab edir ki,  bu yarış fiziki və psixoloji gücün sınağı deyil, əsl komanda ruhunun göstərilməsi idi: " Startdan finişə qədər biz komanda şəklində hərəkət edirdik. Bütün məsafəni bir-birimizə kömək edərək keçirdik. Yarışda vahid komanda şəklində iştrakımız, bir-birimizə kömək etməyimiz uğrumuz oldu”.

Komandanın daha bir üzvü Tofiq Kişiyev də yarışda yadda qalan məqamların çox olduğu fikrindədir: "Yarış zamanı bizdən öndə olan iki komandanı su və palçıqlı maneədən birlik və ruh yüksəkliyi hesabına kecməyimiz ən yadda qalan məqamlardan idi. Komandamızın yüksək nəticə göstərməsinin əsas səbəbləri birlik, iradə, ruh yüksəkliyi və məşqcimizin hər bir tapşırığını maksimum icra etməyimiz oldu”.
 
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol