• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiyalarla bağlı təzə xəbər

Pensiyalarla bağlı təzə xəbər
08.11.2017 13:13
"2018-ci ilin dövlət büdcəsində sosial müdafiə və təminat bölməsində xərclərin keçən ilə nisbətən müəyyən qədər azalıb. Amma həqiqətdə 2017-ci ilin dövlət büdcəsində əvvəlki illərdə əhalinin təbii qazdan istifadəsində aşan qiymətlərin tətbiqi nəticəsində həmin fərqin ödənilməsi üçün 250 milyon manat  vəsait qoyulmuşdu. 2018-ci ilin büdcəsində bu sətir yoxdur. Sosial sahələrdə ayrı-ayrı istiqamətlər üzrə xərclərə baxsanız, hər bir sətir üzrə artımın şahidi olacaqsınız. Bu da onu göstərir ki, sosial müdafiə və təminatın bütün qollarında balanslaşdırılmış, nəzərədə tutulan proqramları reallaşdırmağa imkan verən xərclər nəzərə alınıb”.
 
"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq  məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
 
Onun sözlərinə görə, ümumilikdə sosial xərclər istiqamətinə 2,2 mlrd. manat vəsait nəzərdə tutulub: " Bu vəsaitin 1,3 milyard manatı Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dövlət büdcəsindən veriləcək vəsait şəklində olacaq. İlk dəfə olaraq burda dövlət büdcəsindən transfert anlayışı yoxdur. Bunun yerinə DSMF-nin büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsi öhdəliklərinidən bura yönəldilən vəsait qeyd olunub. Bu, "Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərlə bağlıdır”.
 
Nazir bildirib ki, 2017-ci ilin iyulun 1-dən qüvvəyə minmiş həmin dəyişikliklərə görə, artıq pensiyaların maliyyələşdirilməsində dəqiq bölgü prinsipi var. Onun sözlərinə görə, pensiyaların 1992-ci ilə qədər olan stajlar üzrə formalaşan öhdəlikləri, o cümlədən, dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyadan olan şəxslərin pensiyalarına verilən əlavələr dövlətin öhdəlikləri hesab edilib.
 
"Bu, "Əmək pensiyaları haqqında” qanunun 6-cı maddəsində dəqiq şəkildə ifadəsini tapıb. Hazırda biz Maliyyə Nazirliyi ilə birlikdə 1 milyon 330 min nəfərə yaxın pensiyaçının hər birini birlikdə araşdırırıq. Bunun üçün yaxın vaxtlarda Nazirlər Kabinetinin xüsusi qərarı ilə bir komissiya yaradılacaq. Biz nəzərdə tuturuq ki, 6 ay ərzində 1 milyon 330 min pensiyaçının hər birinə baxaq və hər bir pensiya işində 1992-ci ilə qədər olan dövrdə neçə il staj varsa, onu tapaq. Ümumilikdə, bu gün 2006-cı ilə qədər dövr üçün hər bir il staj üzrə 4 manat 16 qəpik pensiya verilir. O cümlədən bunun  içərisində 1992-ci ilə qədər olan dövr var. 1992-ci ilə qədər olan dövrdə, yəni sovet dövründə sosial sığorta sistemi olmayıb. Amma hökumət həmin dövrə pensiya verməyi öz üzərinə götürdüyünə görə dövlət büdcəsinin öhdəliyi sayılır. Bu komissiya işini bitirdikdə, tam məbləğ ortaya çıxacaq. Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi olaraq biz bunu hesablamışıq və məbləği çıxarmışıq. Amma ümumilikdə bu borc dövlət büdcəsinin borcu, öhdəlikləri olduğuna görə belə qərara gəldik ki, komissiya yaradılsın. Komissiya 1 il müddətində bu məsələyə baxsın. Düşünürük ki, 6 ay içərisində bu  prosesi yekunlaşdırmaq mükündür. Bundan sonra hər ilin dövlət büdcəsində dövlətin öhdəliklərinin nə qədər olduğu və nəyin hesablına formalaşmasını dəqiq yazmaq mükün olacaq”, - deyə S. Müslümov vurğulayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol