• $
  • €
  • ₽
  • ₺
  • £

Tvinninq layihəsinin təqdimatı oldu

Tvinninq layihəsinin təqdimatı oldu
15.11.2017 17:00
Bakıda mədəniyyət sahəsində Tvinninq layihəsinin indiki və gələcək fəaliyyətləri, nailiyyətləri haqqında təqdimat keçirilib.

Anews.az-ın APA-ya istinadla məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihənin Azərbaycan mədəniyyət sahəsində aparılan islahatlara verdiyi töhfələrdən danışıb.

Nazir bildirib ki, ilk layihə turizmin inkişafına həsr olunub: "İlk layihə özünün uğurlu nəticəsini verdi. Bu dəfə Tvinninq üçün xüsusi tender keçirildi və qərara gəlindi ki, layihə İtaliya ilə birgə keçirilsin. Mən layihənin həyata keçirilməsinə görə Avropa İttifaqı və Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinə təşəkkür edirəm. Bu ərəfədə bizim mütəxəssislər İtaliyaya səfər ediblər, Avropa İttifaqının tətbiq etdiyi vasitələrlə tanış olublar. Bu, artıq özünün gözəl nəticələrini verib. Mənim üçün vacib olan məsələ ondan ibarətdir ki, Azərbaycanda mədəniyyətin idarə olunması tək dövlət tərəfindən yox, yerli idarəetmə strukturlarının iştirakı ilə təşkil olunsun”.

Avropa İttifaqının Azərbaycandakı səfiri Kestitus Yakauskas təmsil etdiyi qurumun mədəniyyət sahəsinin təbliğinə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb: "Bu layihə unikal alətdir. Burada mütəxəssislər bir araya gəlib təcrübələrini bölüşürlər. Zəngin Azərbaycan mədəni irsi dünyaya yaxşı tanışdır. Bu gün mədəniyyətin təbliği üçün strategiya var və inanıram ki, layihə uğurla davam edəcək”.

İtaliyanın ölkəmizdəki səfiri layihənin tətbiqində ölkəsinin iştirakından danışıb və qeyd edib ki, Azərbaycanın qədim tarixə söykənən mədəniyyəti var. Səfir əlavə edib ki, İtaliya Azərbaycanda bu layihənin tətbiqindəki iştirakından məmnundur.

Qeyd edək ki, 2016-cı ildən Mədəniyyət və Turizm Nazirliyi və İtaliya Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi mədəniyyət sahəsində Tvinninq layihəsini birgə həyata keçirirlər. Layihə Avropa İttifaqı tərəfindən 1999-cu il Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, eləcə də, 2004-cü il Aİ-Azərbaycan Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı çərçivəsində maliyyələşir. Layihənin məqsədi Azərbaycanın mədəniyyət sektorundakı islahat prosesini dəstəkləməkdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol