• $
  • €
  • ₽
  • ₺
  • £

Benzinin qiymətinin bahalaşması bu sektoru iflic edib

Benzinin qiymətinin bahalaşması bu sektoru iflic edib
20.11.2017 16:40
Ötən həftə benzinin qiyməti bahalaşandan sonra bəzi avtomobil salonlarında müştəri böhranı yaşanır.
Anews.az bildirir ki, paytaxtda fəaliyyət göstərən avtomobil salonlarından FED.az-a verilən məlumata görə, alıcıların azalması idxala da təsir edir.

Benzin bahalaşandan müştərilərimiz azalıb – "Porshe” Bakı mərkəzi

Bu avtomobil markasının Bakıdakı mərkəzinin satış meneceri Adil Əliyev saytımıza açıqlamasında bildirdi ki, "Porshe”nin təklif olunan bütün modellərinin mühərrik həcmi yüksəkdir və Aİ-98 - Aİ-95 markalı benzinin istifadəsi üçün nəzərdə tutulub.

Satış meneceri deyir ki, benzinin qiyməti bahalaşandan sonra mühərrik həcmi böyük olan avtomobillərin alıcıları azalıb: "Benzin bahalaşandan sonra müştərilər bizə müraciət edib soruşurlar ki, "Mühərrik həcmi böyük olan avtomobillərə Aİ-92 markalı benzin vurmaq olarmı?” 

Təbii ki, bunu bilməyənlər Aİ-92 markalı benzindən istifadə edib avtomobillərini xarab edəcəklər. Benzinin qiyməti ilə bağlı olaraq müştərilərimizin azalması bir müddət davam edə bilər və bu da bizim avtomobil idxalımıza təsirsiz ötüşməyəcək”.

Satış meneceri onu da dedi ki, benzinin qiymətinin bahalaşması və alıcı sayının azalmasına baxmayaraq, təklif etdikləri avtomobillərin qiymətlərində dəyişiklik etməyiblər.

Benzinin qiymətindən sonra mühərrik həcmi böyük olan avtomobillərlə bağlı müraciətlər azalıb – "Toyota” Bakı mərkəzi

"Toyota”nın Bakı ofisindən dedilər ki, onlarda Aİ-98 markalı benzinlə çalışan avtomobillər yoxdur. 2017-ci il istehsalı olan RAV 4, Land Cruiser, Camry modelləri isə Aİ-95 markalı benzinlə işləyir.

Bakı mərkəzinin satış məsləhətçisi Tural Məmmədov bildirdi ki, avtomobilləri müştərilərin sifarişi əsasında gətirirlər. Benzinin qiymətinin bahalaşmasından sonra burada müştəri azalması müşahidə olunmur. Amma bildirdilər ki, məhz bu səbəblə mühərrik həcmi daha kiçik olan avtomobillərin alışı üçün müraciətlər arta bilər. Ehtimal olunur ki, bu benzinin qiymət artımı mühərrik həcmi böyük olan avtomobillərin sifarişinə də təsir edəcək.

Müştərilərin azalması ehtimal olunur – "KIA Motors” Azərbaycan

"KIA”-nın Bakı mərkəzindən də dedilər ki, Avro 4-ün dəstəklədiyi avtomobil modelləri, yəni Rio, Serato, Optima, Cadenze Aİ-95 markalı benzinlə işləyir. Mərkəzin satış meneceri Gündüz Məhərrəmli bildirdi ki, "KIA”-nın Bakı nümayəndəliyində Aİ-98 mərkalı benzinlə işləyən avtomobil modelləri satılmır.

Satış menecerinin sözlərinə görə, avtomobil idxalına daha çox dollar və gömrük qiymətləri təsir etsə də, benzinin bahalaşmasının satışa mənfi təsir edəcəyi ehtimal olunur.

Onsuz da satışlar aşağıdır – "Volkswagen” Bakı mərkəzi

Bu avtomobil markasının Bakı ofisindən saytımıza bildirdilər ki, burada satılan bütün modellər Aİ-95 markalı benzinlə işləyir, Aİ-98 markalı benzinlə çalışan avtomobil modelləri yoxdur.

Mərkəzin satış meneceri Fikrət Məmmədov dedi ki, onsuz da satışlar aşağıdır. Benzin qiymətinin bahalaşmasının müştəri sayına təsirini zaman göstərəcək.

Dollar və benzinin bahalaşması satışımıza mənfi təsir edib – "Hyundai” Azərbaycan

Bu avtomobil markasının Bakı ofisinin satış meneceri Güntəkin Mədətova saytımıza bildirdi ki, təklif etdikləri bütün avtomobil modelləri Aİ-95 markalı benzinlə çalışır və Aİ-98 markalı benzinlə çalışan modelləri yoxdur. Onun sözlərinə görə, təqdim etdikləri avtomobil modellərindən qənaət keyfiyyətinə görə ən üstün olanı Elantradır, daha çox yanacaq sərf edən model isə Grand Santafedir.

Satış meneceri deyir ki, benzinin bahalaşması alıcıların azalmasına hələlik o qədər də təsir etməsə də, gələcəkdə belə ehtimal var. Onsuz da dolların bahalaşması avtomobil alıcılığına kifayət qədər mənfi təsir göstərib: "Dollar bahalaşmamışdan əvvəl satışımız çox yaxşı idi. Benzinin bahalaşması da alıcıların azalmasına mənfi təsir göstərəcək”.

Böyük avtomobillərə az sayda müraciət olunur – "Okean" Avtosalon

Bu avtosalonun satış müdiri Əlişir Hacıyev deyir ki, 2014/15-ci il istehsalı olan avtomobillər (KIA Optima, yeni Santafe) Aİ-95, 2010/11/12-ci il istehsalı olanlar isə (Hyundai Elantra) Aİ-92 markalı benzinlə işləyir. 2017-ci il istehsalı olan avtomobillər (Lexus 5,7) Aİ-98 markalı benzinlə çalışır.

Avtosalonun satış müdiri fəsilə görə benzin dəyişməklə bağlı məsələyə də aydınlıq gətirərək dedi ki, bu, benzinə aid deyil. Fəsillə əlaqədar olaraq dizel və yağda dəyişiklik olunur.

Salondan bildirdilər ki, benzinin qiymətində qeydə alınan son bahalaşma satışlara təsir etməyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol