Naxçıvanda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

"Artıq bir neçə aydır ki, Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinə başlanılıb”. APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov deyib.
Şöbə müdirinin sözlərinə görə, bu ilin əvvəlindən pilot layihələrin həyata keçirildiyi rayonlarda əldə edilən nəticələr müsbətdir: "Səhiyyənin maliyyələşməsində yeni mexanizmlərin tapılması hesabına tibbi sığortanın tətbiqi əhali arasında çox müsbət qarşılanıb”.
M. Ələkbərov qeyd edib ki, icbari tibbi sığortanın Azərbaycanda tətbiqi ilə bağlı bir çox dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmalıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















