• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank uçot dərəcəsini niyə dəyişmir?

Mərkəzi Bank uçot dərəcəsini niyə dəyişmir?
07.12.2017 11:30
Növbəti həftə ABŞ Mərkəzi Bankı uçot faizini dəyərləndirəcək. "Moody's Investor Service” Federal Ehtiyat Sisteminin (FES) 2018-ci ildə üç faiz artımına gedəcəyini açıqlayıb. "Moody's”ə görə, Asiya Mərkəzi Banklarının da FES ilə paralel faiz artımına qərar verəcəkləri istisna deyil. Xüsusilə bu sırada Çin və Hindistan Mərkəzi Bankları irəli sürülür. Maraqlıdır, Azərbaycanda uçot dərəcəsi dəyişəcəkmi? 

İqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirdi ki, Azərbaycanda Mərkəzi Bank birrəqəmli inflyasiya hədəfləsə də, uçot stavkasını 15 faiz olaraq saxlamaqdadır: "Müqayisə üçün qeyd edək ki, uçot stavkası Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir. Bütövlükdə MDB-də yalnız Tacikistanda uçot stavkası bizdən 1 faiz çoxdur, digər bütün dövlətlərdə daha aşağı dərəcələr tətbiq edilir. Depozit faizlərinin kəskin azaldığını, aşağı səviyyəli inflyasiyanın hədəfləndiyini, hətta depozit hərraclarında da faizin aşağı düşdüyünü nəzərə aldıqda Azərbaycan Mərkəzi Bankının yüksək stavkaya üstünlük verməsinin səbəblərini izah etmək çətindir. Əslində, baş bank konservativ bahalı siyasətdən daha yumşaq monetar siyasətə keçid etməlidir". 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol