• $
  • €
  • ₽
  • ₺
  • £

2017-ci ilin ən vacib təyinatları, vəfat edən, işdən çıxarılan nazirlər... SİYAHI

2017-ci ilin ən vacib təyinatları, vəfat edən, işdən çıxarılan nazirlər... SİYAHI
13.12.2017 18:16
Geridə qoyduğumuz 2017- ci il Azərbaycanın siyasi, iqtisadi, sosial, kriminal, idman və mədəni həyatında bir çox hadisələrlə yadda qalıb. 


"Qafqazinfo” 12 aylıq dövrdə Azərbaycanda baş verən və sayta görə, önəmli sayılan hadisələri oxucuların diqqətinə çatdırıb.

2017-ci ildə siyasi həyatımızın ən önəmli hadisələrindən biri ölkədə birinci vitse-prezidentlik institutunun formalaşması ilə  bağlıdır. Referendumdan sonra fevral ayının 21-də ölkənin birinci xanımı Mehriban Əliyeva prezidentin sərəncamı ilə birinci vitse-prezident  postuna təyin olundu.


Elə bu ayda ölkənin ən iri oliqarx nazirlərindən biri hesab olunan Nəqliyyat  naziri Ziya Məmmədov da prezidentin sərəncamı ilə işdən çıxarıldı. Beləliklə, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi.


Ölkədə və xaricdə yüksək  hörmətə malik olan energetika  naziri Natiq Əliyev isə iyunun  9-da Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişdi. Onun bir neçə ay boş qalan yerinə isə oktyabr ayının 12-də yeni nazir təyinatı baş tutdu. Pərviz Şahbazov ölkənin energetika naziri oldu.


Bu ilin  yekununa isə iki nazirin işdən çıxarılması  məsələsi damğa vurdu. Vergilər  naziri Fazil Məmmədov və təhsil naziri Mikayıl Cabbarov prezident sərəncamı ilə işdən  çıxarıldı. Təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olundu. Təhsil naziri vəzifəsi isə hələ ki, boşdur.


Ölkənin iqtisadi həyatının ən önəmli hadisəsi isə oktyabrın sonunda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılması oldu.


Eyni zamanda, 2017-i il benzinin bahalaşması ilə yadda qalıb. İyunun 15-də "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.


Noyabr ayında isə  "Aİ-95” premium markalı benzinin yeni qiyməti 1,25 AZN, "Ai-98” super markalı benzinin qiyməti 1,50 AZN olub
Bu il həmçinin kriminal sferada da  mühüm olaylar  baş verdi. "Lotu Quli” nin adamları kimi tanınan "Qoca” ləqəbli  Etibar Məmmədov və dostu Əli Ağami həbsdən qaçdı.  Dustaq aparan qatardan  sözügedən şəxslərin qaçması hadisəsi Azərbaycan gündəmində uzun müddət müzakirə olundu.


Hətta onların qaçmasında əli olduğu iddia edilən tanınmış müğənni Fədayə Laçın da bu  olaylardan sonra həbs edildi. Kriminal avtoritet olan "Qoca” isə polis əməkdaşlarının keçirdiyi  əməliyyat nəticəsində öldürüldü.



Bu günlərdə isə ömürlük azadlıqdan məhrum edilmiş Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar etdi.
 
Azərbaycanın idman tarixində ən önəmli hadisə isə "Qarabağ”millisinin Çempionlar Liqasına vəsiqə alması oldu.


Həmçinin bu il 12-22 may tarixlərində Bakı IV İslam Oyunlarınaev sahibliyi etdi.


Mədəni həyatımızda önəmli hadisə isə uzun müddətdən sonra UNESKO dolmanı və musiqi aləti kamançanı Azərbaycanın mədəni irsi kimi tanıdı.
Bu il həmçinin bir sıra sferalarda mühüm şəxslər dünyasını dəyişdi.






www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol