• $
  • €
  • ₽
  • ₺
  • £

“Dəmirbank”ın beynəlxalq səhmdarları ləğvetmə prosesində iştirak edəcək

“Dəmirbank”ın beynəlxalq səhmdarları ləğvetmə prosesində iştirak edəcək
10.01.2018 21:04
Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) "Dəmirbank” ASC-nin ləğvetmə prosesi ilə əlaqədar Beynəlxalq Kreditorlar Qrupunun Rəhbər Komitəsinə müraciət edib.

"APA-Economics"in sorğusuna cavab olaraq Palatadan bildirilib ki, məqsəd ləğvetmə prosesini daha şəffaf, effektiv və beynəlxalq təcrübəyə uyğun həyata keçirməkdir.

Qeyd edək ki, Palatanın Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən "DəmirBank” ASC-nin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib. Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə "Banklar haqqında” qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul edib.

Xatırladaq ki, "Dəmirbank" ASC  1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-ci ildə rebrendinq aparılıb. 2017-ci ilin 30 sentyabr tarixinə olan maliyyə göstəricilərinə əsasən bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), 0,25%-i digər hüquqi şəxslər, 19,62%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəli Hacıyev, 5,45%-i Roman Əmircanov, 5,30%-i Səkinə Hacıyeva, 5,30%-i Könül Hacıyeva, 45,13%-i isə 810 fiziki şəxsə məxsus olub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol