• $
  • €
  • ₽
  • ₺
  • £

Cəriməsi olan sürücülərə şad xəbər - Bütün qərarsız MMX-lar silindi

Cəriməsi olan sürücülərə şad xəbər - Bütün qərarsız MMX-lar silindi
19.01.2018 08:23
Artıq iki gündür ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində qayda pozan sürücülər barəsində tərtib olunmuş elektron protokolların bir qisminə xitam verilməsinə başlanılıb.

"Qafqazinfo”nun "Xəzər TV”yə istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi əsasında sistemdən silinən cərimələr bir il ərzində qərarsız görünən və sürücüyə çatdırılmayan MMX protokollarıdır.

Yol polisi xeyli vaxtdır bu sistemi avtomatik rejimdə qurmağa çalışırdı. Artıq bu ildən sistem işə düşüb və qərarsız cərimələr 1 ili tamam olduqda avtomatik rejimdə silinir.

Əvvəllər sürücülər 1 ili ötmüş qərarsız cərimələrin silinməsi, yəni xitam verilməsi üçün yol polisinə müraciət edirdisə, artıq buna ehtiyac yoxdur. Sistem həmin cərimələri avtomatik qaydada özü silir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev 2012-ci ildən bu günə qədər qərarı verilməyən bütün elektron protokollara xitam verildiyini deyib. Elə bu məqsədlə yol polisi ölkə ərazisində həm stasionar postlarda, həm də küçə və yollarda nəzarəti gücləndirib.

Cəriməsi olan, amma sistemdə qərarsız kimi görünən, yəni sürücüyə çatdırılmayan elektron protokolları olan sürücülər saxlanılacaq və cərimə qərarı rəsmi qaydada onlara təqdim olunacaq.

Kamran Əliyev onu da bildirib ki, hətta vaxtın tamam olmasına 1 gün qalsa belə, həmin sürücünü tapıb protokolları təqdim edib qərar qəbul etmək mümkündür. Yəni kimsə zənn etməsin ki, bir il gizlənməklə cərimə ödəməkdən yaxa qurtara biləcək. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol