• $
  • €
  • ₽
  • ₺
  • £

“Pensiyamın məbləği ancaq dərman almağa çatır”: Nazirlik cavab verdi

“Pensiyamın məbləği ancaq dərman almağa çatır”: Nazirlik cavab verdi
05.03.2018 13:43
Bizimyol.net-ə müraciət edən Lerik rayon sakini, ikinci qrup əlil Ağayev Yunus Hilal oğlu pensiyasının düzgün hesablanmamasından şikayətçidir.

"28 il iş stajım var. Mən 177 manat 63 qəpik pensiya almalıyam. Amma mənə 136 manat pensiya alıram. Pensiyam düzgün hesablanmayıb. Mənə təyin edilən pensiyanın məbləği ancaq dərman almağa çatır. Mən xərçəng xəstəliyindən əziyyət çəkirəm”,- deyə o bildirib.

Y.Ağayevin müraciəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Bizim Yol”a bildirilib ki, Lerik rayon sakini II qrup əlil Ağayev Yunus Hilal oğlunun əmək pensiyasının yenidən hesablanması üçün müraciət edərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsi tərəfindən guya süründürməçiliklə qarşılaşması, pensiyasını artırmaq üçün qanunsuz tələblər irəli sürülməsi barədə onun qızı tərəfindən sosial şəbəkədə paylaşılan və sonradan KİV-də əksini tapan fikirlər tamamilə əsassızdır.

"Belə ki, 1957-ci ildə anadan olmuş Y.Ağayevə 28 sentyabr 2017-ci il tarixdə ümumi səbəbdən II qrup əlillik təyin edilib və ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə müraciət edib. Y.Ağayevin əmək kitabçası üzrə 2006-cı ilə qədər 21 illik iş stajı və 01 yanvar 2006-cı ildən 01 yanvar 2011-ci ilədək (2011-ci ildən 2017-ci ilədək fərdi hesaba vəsait daxil olmayıb) fərdi hesabında 1912,62 manat pensiya kapitalının toplandığı nəzərə alınmaqla, ona əlilik təyin olunduğu gündən, yəni 28 sentyabr 2017-ci il tarixdən əlilliyə görə 117,46 manat məbləğində əmək pensiyası təyin olunub. Ötən dövrdə cari ilin yanvar ayı da daxil olmaqla əmək pensiyası ödənilib.

2018-ci ilin 01 fevral tarixində Y.Ağayev yenidən müraciət edərək 1974-75-ci illərdə Lerik şəhər V.İbrahimov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada fəhlə işlədiyi barədə sənəd təqdim edib. Bununla əlaqədar onun əlavə 1 il 7 ay əmək stajı nəzərə alınmaqla, əmək pensiyası yenidən hesablanaraq 125,25 manata çatdırılıb. (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan araşdırma zamanı da Y.Ağayevə pensiya təyinatının qanunvericiliyin tələblərinə uyğun şəkildə aparıldığı təsdiqini tapıb). Pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar Y.Ağayevin pensiyası 5,7 faiz artırılaraq 136 manata çatdırılıb.

Y.Ağayevin yaxınları bununla razılaşmayaraq həmin pensiya məbləğinin ən azı 170 manata çatdırılmasını tələb edirlər. Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsi tərəfindən onlara bu tələbin əsassız olduğu, qanunvericiliyin Y.Ağayevə 136 manatdan artıq pensiya təyinatına imkan vermədiyi izah olunub.
Bununla belə, Y.Ağayevin yaxınları təyin olunmuş pensiya məbləğinin qeyri-qanuni şəkildə artırılması üçün yalan və böhtan xarakterli fikirlər yaymaqla müvafiq quruma təzyiq göstərməyə cəhd edirlər. Lakin belə cəhdlərlə dövlət orqanını qeyri-qanuni qərarlar çıxarmağa təhrik etmək mümkün deyildir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol