• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yeni kartinq mərkəzi istifadəyə verildi

Bakıda yeni kartinq mərkəzi istifadəyə verildi
20.04.2018 14:44
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı və Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə Su İdmanı Sarayının ərazisində yaradılmış Bakı Şəhər Kartinq Mərkəzinin xidmətindən 7 yaşından yuxarı bütün şəhər sakinləri faydalana biləcəklər.

BŞH-dan Trend-ə verilən məlumata görə, kartinq mərkəzinin yaradılmasında əsas məqsəd Azərbaycanda avtoidman mədəniyyətini inkişaf etdirmək, ictimaiyyət arasında idmanın bu növünə maraq artırmaq və gələcək Formula 1 yarışları üçün yerli kadrlar hazırlamaqdır.

Bakı Şəhər Kartinq Mərkəzinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Elnarə Əliyeva kartinq mərkəzinin ölkəmizdə avtoidman mədəniyyətinin möhkəmlənməsində əvəzsiz xidmət göstərəcəyini bildirib: "Artıq 3 ildir ki, ölkəmizdə avtoidmanın ən prestijli yarışı olan Formula 1 Qran Prisi keçirilir. Bu yarışlar sayəsində ölkə ictimaiyyəti, xüsusən də gənclər arasında avtoidmana böyük maraq yaranıb.

Biz bu kartinq mərkəzini ərsəyə gətirməklə ona nail olmağa çalışırıq ki, avtoidmana marağı olan gənclərimiz bu imkanlardan yararlanaraq Formula 1-də yarışan pilotlar səviyyəsində özlərini yetişdirə bilsinlər.

İnanırıq ki, çox yaxın gələcəkdə bu mərkəz ölkəmizə beynəlxalq avtoidman yarışlarında mübarizə aparan peşəkar pilotlar qazandıracaq”.

Qeyd edək ki, Bakı Şəhər Kartinq Mərkəzində istifadə olunan kartinq maşınları (kart) Fransanın SODİ KARTS şirkətinə məxsusdur. SODİ kartları texniki göstərişləri, rahatlığı, müasir tərtibatı və ən əsası da təhlükəsizliyi baxımından digər kartlardan fərqlənir.

Kartinq yolunda eyni anda 24 kartın hərəkəti mümkündür. Təhlükəsizliyi təmin etmək məqsədilə kartinq yolunun kənarı keyfiyyətli baryerlərlə əhatə olunub. Bu baryerlərin içərisinə doldurulmuş rezin hissəciklər və kənarına çəkilmiş xüsusi lent zərbənin gücünü boğmaqla yanaşı həm də onun bütün baryer sistemi boyunca bərabər paylanmasını təmin edir. Bundan başqa, sürücülərə xüsusi şlemlər və od keçirməyən kombinezonlar da verilir.

Tamaşaçıların yarışı rahat izləmələri üçün xüsusi izləmə zonasının və kafenin də olduğu bu mərkəzdə qonaqlara yaşına uyğun maşınlar təqdim olunur. Sürməyi yeni öyrənənlər isə ikinəfərlik maşınlardan istifadə edə bilərlər.

Digər tərəfdən, mərkəz gənclər arasında mütəmadi olaraq yarışlar keçirməyi planlaşdırır. Bu yarışlarda yeni sürücülərlə yanaşı, peşəkar sürücülər də iştirak edə biləcəklər. Bununla yanaşı, gələcəkdə yerli kadrların hazırlanması məqsədi ilə azyaşlılar üçün peşəkar pilot kurslarının təşkili də nəzərdə tutulur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol