• $
  • €
  • ₽
  • ₺
  • £

FIA Formula 2 çempionatının 2-ci turunun gündəliyi açıqlandı

FIA Formula 2 çempionatının 2-ci turunun gündəliyi açıqlandı
25.04.2018 17:44
FIA Formula 2 çempionatının 2-ci turunun gündəliyi açıqlanıb.
 
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Modern.az-a verilən məlumata görə, bu il FIA Formula 2 çempionatında 10 komanda yarışır. Hər komandada 2 pilot olmaqla ümumilikdə 20 pilot mübarizə aparır. Builki mövsüm 12 turdan ibarətdir. Hər tur bir Qran Pri həftəsonunu əhatə edir və həmin həftəsonunda 2 yarış baş tutur.
 
Artıq FIA Formula 2 çempionatının ilk turu keçirilib. 6-8 aprel tarixlərində keçirilmiş ilk turun 1-ci yarışında "Carlin” komandasının pilotu Lando Norris, 2-ci yarışında isə "Russian Time” komandasının pilotu Artem Markelov qələbə qazanıb. Hazırda xal cədvəlində ilk sırada 39 xalla Lando Norris yer alır. Onu 30 xalla Artem Markelov və 28 xalla "Carlin” komandasının pilotu Sergio Setta Camara izləyir.
 
Növbəti tur 27-29 aprel tarixlərində Bakıda keçiriləcək.
FIA Formula 2 çempionatının Tur Cədvəli
Bəhreyn, 6-8 aprel
Azərbaycan, 27-29 aprel
İspaniya, 11-13 may
Monako, 24-26 may
Fransa, 22-24 iyun
Avstriya, 29 iyun – 1 iyul
Böyük Britaniya, 6-8 iyul
Macarıstan, 27-29 iyul
Belçika, 24-26 avqust
İtaliya, 31 avqust – 2 sentyabr
Rusiya, 28-30 sentyabr
Abu Dabi, 23-25 noyabr
 
FIA Formula 2 Çempionatının 2-ci turu: Azərbaycan
İki yarış keçiriləcək. F2 pilotları Bakı Şəhər Halqasını birinci yarışda 29, ikinci yarışda isə 21 dövrə vurmalıdırlar.
Komandalar və pilotlar
RUSSIAN TIME (Artem Markelov və Tadasuke Makino)
PERTAMINA PREMA THEODORE RACING (Sean Gelael və Nyck De Vries)
DAMS (Alexander Albon və Nicholas Latifi)
ART GRAND PRIX (Jack Aitken və George Russell) MP
MOTORSPORTS (Roberto Merhi və Ralph Boschung)
BWT ARDEN (Maximilian Gunther və Nirei Fukuzumi)
CAMPOS VEXATEC RACING (Luca Ghiotto və Roy Nissany)
TRIDENT (Arjun Maini və Santino Ferrucci)
CARLIN (Sergio Sette Camara və Lando Norris)
CHAROUZ RACING SYSTEM (Louis Deletras və Antonio Fuoco)
Aprelin 27-si, cümə günü saat 11:00-dan 11:45-dək sərbəst yürüşlər, saat 15:00-dan 15:30-dək sıralanma turu və saat 15:45-də mətbuat konfransı, 28-i, şənbə günü saat 12:00-da birinci yarış və saat 13:20-də mətbuat konfransı və 29-u, bazar günü saat 13:10-da ikinci yarış və 14:15-də sonuncu mətbuat konfransı baş tutacaq.
Xatırladaq ki, ötən il 23-25 iyun tarixlərində Bakıda baş tutmuş sonuncu Formula 2 turunun ilk yarışında "Pertamina Prema Theodore Racing” komandasının pilotu Charles Lecrerc, ikinci yarışında isə "BWT Arden2 komandasının pilotu Norman Nato qələbə qazanmışdı.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol