• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”in “AppLab” proqramının məzunlarından yeni nəsil marketinq və reklam aləti

“Bakcell”in “AppLab” proqramının məzunlarından yeni nəsil marketinq və reklam aləti
25.04.2018 15:37
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin gənc və istedadlı developerlərinə dəstək göstərmək üçün genişmiqyaslı "AppLab” inkubasiya proqramını həyata keçirir.

"AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün "Bakcell”dən dəstək alırlar. "AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

Bunlardan biri olan "ARZoom” proqramı "tamamlanmış reallıq” ("augmented reality”) texnologiyası əsasında layihələndirilmiş yeni nəsil marketinq və reklam alətidir. İnteraktiv kontentin hər hansı bir çap materialına əlavə edilməsinə imkan yaradan bu innovativ platforma həm mobil, həm də veb şəbəkə idarəetmə panelləri vasitəsilə idarə olunur və öz multifunksionallığı, geniş imkanları və eyni zamanda sadəliyi ilə seçilir. Həmçinin bu platforma müştərilərə birbaşa çıxış imkanı verən "hədəfləmə” funksionallığına malikdir. Bu alətdən istifadə edən istənilən şirkət öz məhsullarını seçilmiş auditoriyaya yeniliyi ilə fərqlənən innovativ bir tərzdə təqdim edə biləcək. Bu layihə 2017-ci ildə Bakcell şirkətinin "AppLab” mərkəzində inkubasiya prosesindən keçib və artıq 5000 istifadəçi tərəfindən Google Play və App Store rəqəmsal platformalarından yüklənib.

"ARZoom” proqramı Fərid və Araz Davudov qardaşları və onların komandası tərəfindən "Bakcell”in innovativ "AppLab” mərkəzinin avadanlığı və geniş imkanlarından istifadə edərək yaradılıb. Gənc developerlərimiz artıq ilk böyük müştərisini qazanıb. Belə ki, "ARZoom” komandası ən son texnologiya əsasında qurulmuş reklam xidmətlərinin göstərilməsi üçün öz artırılmış reallıq platforma xidmətlərini Türkiyənin məşhur mebel şirkətinə təqdim etməyə başlayıb. Buna baxmayaraq, platformanın daha da təkmilləşdirilməsinə yönəlmiş tədbirlər davam etdirilir və bu yaxınlarda proqrama "yerləşmə əsaslı artırılımış reallıq” ("location-based AR”) and "müasir təsvir tanınma” ("Advanced image recognition”) texnologiyaları əsasında yeni funksionallıq əlavə edilib.

"Mənim fikrimcə "Bakcell”in dəstəyi olmasaydı, biz bu uğuru əldə edə bilməzdik. "AppLab” proqramı gənc developerlər üçün innovativ bir platformanı təmin etməklə onların ideyalarını həyata keçirməyə kömək edir. Ümid edirəm ki, bu layihə gənc startapçılara dəstək göstərməyə davam edəcək və biz yerli gənclərin daha böyük uğurlarının şahidi olacağıq”, deyə Fərid Davudov bildirib.

Qeyd edək ki, "ARZoom” platforması Bakcell şirkətinin "AppLab” lahiyəsinin digər məzunları ilə birgə "Bakutel-2017” sərgisinin çərçivəsində Bakcell stendində təqdim edilib və sərginin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

"AppLab” layihəsinin iştirakçıları şirkətin "AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim imkanları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol