• $
  • €
  • ₽
  • ₺
  • £

“WhatsApp” bu şəxslərə qadağa qoyacaq

“WhatsApp” bu şəxslərə qadağa qoyacaq
26.04.2018 14:45
"WhatsApp" messenceri Avropada istifadə üçün yaş məhdudiyyəti tətbiq edərək 16 yaşdan aşağı şəxslərin servisdən yararlanmasını qadağan edəcək. Bu barədə şirkətin bloqunda deyilir.
 
Anews.az xəbər verir ki, şirkətin bəyanatında deyilir: "Növbəti ay Avropa İttifaqının məxfilik qanunları yenilənərək internetdə informasiyanın istifadəsində daha çox şəffaflıq tələb edəcək. Servisdən istifadə üçün Avropa regionu ölkəsində yaşayanların azı 16 yaşı olmalıdır".
 
Messencer inzibatçıları tərəfindən istifadəçinin qeydiyyatdan keçən zaman yaşının necə təsdiq ediləcəyi barədə məlumat verilmir.
 
Bildirilir ki, digər ölkə istifadəçiləri yerli qanunvericiliyə ziddiyyət təşkil etməyəcəyi təqdirdə 13 yaş tamam olandan sonra messencerdən istifadəni davam etdirə biləcəklər.
 
Qeyd edək ki, mayın sonunda Avropa İttifaqında yeni fərdi məlumatların mühafizəsi qaydaları (General Data Privacy Regulations - GDPR) qüvvəyə minəcək. Yeni reqlament şirkətlər tərəfindən istifadəçilər üçün fərdi məlumatların mühafizəsi funksiyalarının quraşdırılmasını nəzərdə tutur. Məsələn, istifadəçilərə fərdi məlumatları tam ləğv etmək hüququ veriləcək, eləcə də 16 yaşdan aşağı şəxslərin fərdi məlumatlarından istifadə üçün onların valideynlərinin və ya qəyyumlarının icazəsi tələb olunacaq. Reqlament tələblərinin pozulacağı təqdirdə şirkətlər pozuntunun dərəcəsindən asılı olaraq 20 milyon avro və ya illik dövriyyənin 4 faizi məbləğində cərimə oluna bilərlər.(milli.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol