Diqqət: Bakının əsas küçələrindən biri bağlanır

Bu gün Bakının əsas küçələrindən birində avtomobillər üçün hərəkət məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, Xətai rayonu, Yusif Səfərov küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən Heydər Əliyev prospektinə doğru olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.
Alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Son xəbərlər 
Daha çox 






















