• $
  • €
  • ₽
  • ₺
  • £

“AtaBank” yeni “AtaNet” Mobil əlavəsini geniş ictimaiyyətə təqdim etdi

“AtaBank” yeni “AtaNet” Mobil əlavəsini geniş ictimaiyyətə təqdim etdi
17.05.2018 13:40
Bu gün Azərbaycanın qabaqcıl banklarından biri olan "AtaBank” ASC yeni "AtaNet” mobil bankçılıq məhsulunun təqdimat mərasimini keçirdi. "AtaNet” korporativ biznes nümayəndələrinin, sahibkarların və fərdi müştərilərin ehtiyac və tələblərinə uyğun olaraq işlənib hazırlanmışdır. Təqdimat mərasimində yeni xidmətdən istifadənin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilmişdir. Məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub. Istifadəçi, birdəfəlik şifrə (OTP) və ya Asan imza ilə yanaşı, smartfon və ya planşet barmaq izi funksiyasını dəstəkləyərsə həm də barmaq izi ilə əlavəyə daxil olmaq imkanı əldə edə biləcək. Qeyd edək ki, xidmətlərdən istifadə zamanı birdəfəlik şifrələr vasitəsilə təhlükəsizlik tam təmin olunur.

Tədbirdə çıxış edən İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlı qeyd etmişdir ki, Bank müştərilərinə daim innovativ məhsullar təqdim edib və edəcəkdir. "AtaBank”ın gələcək illərdə də müştərilərinə ehtiyaclarını tam şəkildə qarşılayan, onlara bankçılıq xidmətlərindən zamanından və məkanından asılı olmayaraq rahatlıqla istifadə edə biləcəkləri imkanı yaradan, təkcə bank deyil, bütün maliyyə məsələləri üzrə dost qurum olaraq qalacağını bildirərək cənab Babaşlı çıxışını yekunlaşdırmışdır.

"AtaNet” mobil əlavəsi ənənəvi bankçılıqda mümkün bütün əməliyyatları yerinə yetirməyə imkan verən müasir mobil bankçılıq əlavəsidir.

Əlavə olaraq qeyd edək ki, "AtaNet” mobil bankçılığı ilə yanaşı, "AtaNet” internet bankçılığı üzərində bir çox işlər aparılaraq, interfeysi daha da müasirləşdirilərək 2. versiyası artıq müştərilərə təqdim olunub.

Ən əsası isə Bankın müştəriləri üçün "AtaNet”-ə qoşulma və istifadə tamamilə pulsuzdur.

"AtaNet” Mobil Bankçılıq sistemi vasitəsilə aşağıdakı əməliyyatların aparılması mümkündür:

* Cari hesablar, əmanət hesabları, kart hesabları və kredit hesabları haqqında məlumatların əldə edilməsi;

* Cari hesabların və əmanət hesablarının açılışı;

* Müştərinin öz hesabları arasında köçürmələr;

* Bankdaxili köçürmələr;

* Kartların bloklaşdırılması və blokdan çıxarılması;

* "SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;

* Bank kartları, o cümlədən virtual kartların sifarişi;

* Ölkədaxili - AZİPS, XÖHKS köçürmələri;

* Ölkəxarici - SWIFT köçürmələri;

* Hökümət ödənişləri – Büdcə, ƏDV və Vergi borclarının ödənişləri;

* Həm AtaBank-a, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;

* Kommunal ödənişlər;

* Əmək haqqı ödənişləri;

* Kredit ödənişləri;

* İpoteka ödənişləri;

* Konvertasiya əməliyyatları.

Həmçinin aşağıdakı məlumatlar əldə edilə bilər:

* Bank haqqında məlumat;

* Filiallar və bankomatlar haqqında məlumat;

* Valyuta məzənnələri.

Bu xidmətlərin sayının davamlı şəkildə artırılması, mobil tətbiqə yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulur.

Xidmətdən istifadə etmək üçün IOS və Android istifadəçiləri "AtaNet” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər:

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol