OPEC və müttəfiqləri hasilatı artıra bilərlər

Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və Rusiyanın da daxil olduğu digər müttəfiqlər aprel ayında neft bazarında tələb və təklifin yenidən tarazlaşdığı qənaətinə gəliblər.
Anews.az xarici mətbuata istinadən xəbr verir ki, üç il ərzində qiymətlər üzərində təzyiq yaradan neft təklifi artıqlığı aprel ayında tamamilə aradan qalxıb.
Qeyd edək ki, OPEC və müttəfiqləri neft təklifi artıqlığını azaltmaq üçün hasilatlarını azaldıblar. Nəticədə, inkişaf etmiş ölkələrin anbarlarındakı neft ehtiyatları xeyli "əriyib" və 5 illik orta göstəricidən aşağı düşüb.
Nəzərə çatdıraq ki, OPEC və tərəfdaşları gələn ay Vyanada toplaşacaqlar. Görüşdə bazarda yaranan tarazlıq müzakirə mövsuzu olacaq. Ötən həftə Səudiyyə Ərəbistanı və Rusiyanın energetika nazirlərinin verdiyi açıqlamalara görə, istehsalçılar neft hasilatını ilin ikinci yarısında artıra bilərlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















