Mərkəzi Bankın valyuta ehtiyatları artdı

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
AMB-dən Unikal.org-a verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il mayın 1-nə 5 mlrd. 471,4 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 464 mln. dollar və ya 13,4% çoxdur.
Aprel ayı ilə müqayisədə isə mayda Mərkəzi Bankın valyuta ehtiyatları 5,6 mln. dollar və ya 0,1% artıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















