Bakı-Sumqayıt-Bakı qatarlarına əlavə iki vaqon qoşuldu

Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından, Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişinlərə müraciətində bildirilir.
Məlumatda həmçinin deyilir ki, sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi, bu gündən (28 iyundan) etibarən Bakıdan 18.30-da, Sumqayıtdan saat 08.00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















