• $
  • €
  • ₽
  • ₺
  • £

“Caspian Energy Forum Baku - 2018”də 1500 deleqat iştirak edəcək

“Caspian Energy Forum Baku - 2018”də 1500 deleqat iştirak edəcək
03.07.2018 16:31
7-ci Beynəlxalq "Caspian Energy Forum Baku – 2018”də dünyanın 50 ölkəsindən 1500-dən artıq deleqat iştirak edəcək. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

"Caspian Energy Forum Baku – 2018” sentyabrın 19-20-də Azərbaycan Respublikası Hökumətinin və Caspian European Club-un dəstəyi ilə təşkil olunacaq.

"Bildiyiniz kimi, 1994-cü il sentyabrın 20-də Ümummilli lider Heydər Əliyevin rəhbərliyilə Xəzər-Qara dəniz regionunun neft və qeyri-neft sektorunun inkişafına təkan verən "Əsrin müqaviləsi” imzalanmışdır. Xəzərin enerji resursları hesabına Avropanın enerji təhlükəsizliyinin təminatının əsası da məhz o zaman qoyulmuşdur. Bununla əlaqədar olaraq, hər il eyni vaxtda Caspian Forum Baku təşkil edəcəyik. "Caspian Energy Forum Baku - 2018”in təşkili Caspian European Club-un yuxarı rəhbərliyinin yaratdığı yeni şərait sayəsində mümkün olub”, - deyə Telman Əliyev söyləyib.

"Caspian Energy Forum Baku – 2018”in deleqatları sırasında Azərbaycan Hökumətinin üzvləri, Avropa, Asiya və Amerika ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin ərəb dünyası ölkələri şirkətlərinin nümayəndələri də yer alıblar.

O qeyd edib ki, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə keçirilən "Caspian Energy Forum” biznes-hökumət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin yaranması, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşlərinin təşkili, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklər üçün münbit şərait yaradan ənənəvi meydandır.

Telman Əliyev əlavə edib ki, tədbirin proqramı, iştirakın şərtləri ilə bağlı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün http://caspianenergyforum.com/baku2018/index.php/en/ linkinə daxil olmaq lazımdır.

Caspian European Club 2002-ci ilin iyun ayında Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. 2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club, Caspian American Club və Caspian Asian Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Caspian European Club, Caspian American Club və Caspian Asian Club-un sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Caspian Energy jurnalı dünyanın 70 ölkəsində yayılır. 19 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol