• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar Mobile” Mətbuat klubunda jurnalistlərlə növbəti görüş - FOTOLAR

“Nar Mobile” Mətbuat klubunda jurnalistlərlə növbəti görüş - FOTOLAR
20.11.2014 12:55
19 noyabr 2014-cü ildə “Nar Mobile” Mətbuat klubunda media nümayəndələri ilə növbəti görüş keçirilib. Bakı Biznes Mərkəzində qeyri-rəsmi müstəvidə keçirilən ənənəvi görüş “Azerfon” şirkətinin 2014-cü ildəki fəaliyyəti və şirkətin mobil rabitə təminatçısı və rəsmi tərəfdaşı olduğu Bakı-2015 Avropa oyunlarına həsr olunub.Çoxsaylı jurnalist və ictimaiyyət nümayəndələrinin qatıldığı görüşü “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət bölümünün rəhbəri Nigar Arpadarai açıq elan edib. Daha sonra qonaqları salamlayan şirkətin marketinq üzrə Baş direktoru Maksim Fyodorov təqdimatla çıxış edib və “Nar Mobile” mobil operatorunun fəaliyyətindəki yeniliklərdən söhbət açıb. Mətbuat klubunun qonaqları görüşdə iştirak edən ilk Avropa oyunlarının Təşkilat komitəsinin rəhbər nümayəndələri ilə də qeyri-rəsmi təmas qurmaq fürsəti əldə ediblər. Görüş zamanı bu və ya digər məsələlərlə bağlı ölkənin tanınmış jurnalistləri ilə geniş fikir mübadiləsi aparılıb. Mükəmməl ünsiyyət platformu olan Mətbuat klubundakı bu görüş istirahət zəminində keçib və media nümayəndələri üçün səmərəli olub.Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. Nar Mobile Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol