• $
  • €
  • ₽
  • ₺
  • £

Bankdan kredit götürənlərin nəzərinə: faizlər azaldıla bilər - AÇIQLAMA

Bankdan kredit götürənlərin nəzərinə: faizlər azaldıla bilər - AÇIQLAMA
19.11.2014 15:04

Zahid Oruc: “Ailələri kütləvi olaraq məhkəmə qarşısında qoyan və müflis edən 30-35 faizlik kredit siyasəti dəyişərsə, bu hamının xeyrinə olacaq”

Azər Mehtiyev: “Kreditlərin faiz dərəcələrinin yüksək olması ölkədə biznes mühitinin inkişafına da mənfi təsir edir”

Pənah Hüseyn: “Azərbaycanda aparılan iqtisadi siyasət  büdcəyə elə də sərt şəkildə bağlı deyil”

Milli Məclisdə 2015-ci ilin büdcə müzakirələri davam edir. Noyabrın 18-də növbəti ilin büdcə zərfinin plenar müzakirəsinə başlanıb. Büdcə zərfinə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını, o cümlədən “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanunu daxil edilib. 

Ötən gün Milli Məclisdə büdcə zərfinin ayrı-ayrı bəndləri geniş mübahisələrə səbəb olub. Millət vəkili Zahid Oruc kredit faizlərinin yüksək olması məsələsi ətrafında fikirləri diskussiyalara yol açıb: “Bu gün Azərbaycanın xarici borcu 5 milyard manatdır və bu faiz ölçüsündə ÜDM-in 8.5 faizi təşkil edir. Hətta ən varlı dövlətlərin də əlverişli kredit siyasətindən faydalanır. Ölkəmizin bu siyasəti iqtisadi cəhətdən əsaslandırılıb və konkret məqsədlər xidmət etdiyindən hamı tərəfindən qəbul olunur. Bir də ki, 53 milyarda dollarlıq maliyyə rezervinə malik olan ölkə istənilən anda borc öhdəliyini tam qapada bilər. Lakin vətəndaşlarımızın kredit yükü haqqında bunları söyləmək mümkün deyil. Dəqiq məlumatlar görə 2.5 milyon vətəndaşın 1 milyard manatdan artıq kredit borcu var və hər il onlar tərəfindən təxminən 860 milyon manata yaxın faiz ödənilir. Belə ağır yükü və biznesin yüksək gəlir gətirmədiyi şəraitdə kreditlər əsil “ölüm verdikti”nə çevrilir.

Z. Oruc onu da bildirib ki, insanların evlərini dağıdan, ailələri kütləvi olaraq məhkəmə qarşısında qoyan və müflis edən 30-35 faizlik kredit siyasəti dəyişərsə, bu hamının xeyrinə olacaq. Çünki var-yoxdan çıxan ailələr ,yaxud iflasa uğrayan biznes planlar son nəticədə dövlətin yükünə çevrilir. Hökumət banklarla müqayisədə vətəndaşların yanında olmalıdır”. 

Zahid Orucun fikrinə münasibət bildirən iqtisadçı ekspert Azər Mehtiyev də təsdiqlədi ki, bu məsələ bir neçə ildir ki, müzakirə olunur: “Bununla bağlı dövlət başçısının sərəncamı da var ki, kredit faizlərinin aşağı salınmasının yolları araşdırılsın. Hazırda Azərbaycanda kreditlərin faiz dərəcələri, həm istehlak kreditləri üzrə, həm də biznes kreditləri üzrə çox yüksəkdir. Ölkə üzrə kreditlərin 40 faizi istehlak kreditlərinə, 20 faizə qədəri isə ticarət kreditlərinə aiddir. Bu isə kreditlərin 60%-nin cari istehlak kreditinə yönəldilməsi deməkdir. Bir çox hallarda istehlak kreditlərinin faizi 25-30 dərəcə arasında olur. Bu cür faizlər ölkədə biznes kreditlərinin əldə etmə imkanlarını da məhdudlaşdırır. Bunun nəticəsində iş qurmaq istəyən insanlar uzunmüddətli kreditlər əldə edə bilmirlər. Bütövlükdə kreditlərin faiz dərəcələrinin yüksək olması ölkədə biznes mühitinin inkişafına da mənfi təsir edir. Bu səbəbdən Azərbaycanda yerli istehsal olan məhsulların həcmi azalır, xaricdən idxalın həcmi  artır. Bunun qarşısını almaq üçün ölkədə aşağı faiz dərəcəsi olan uzunmüddətli kreditlərin verilməsini təmin etməkdir. Bunun üçün biznes mühitində dəyişikliklər edilməlidir. Banklar da əmin olmalıdırlar ki, həmin sahibkarlar öz işlərini qura biləcəklər”. 

Büdcə müzakirələrinə münasibət bildirən müxalifət liderlərindən Pənah Hüseyn bildirdi ki, növbəti ilin büdcə zərfi ilə ümumi tanışlığı olsa da ayrı-ayrı sahələrə ayrılan vəsaitlərin həcmi ilə bağlı detallarla maraqlanmayıb: “Hazırda Azərbaycanda aparılan iqtisadi siyasət elədir ki, büdcəyə elə də sərt şəkildə bağlı deyil. Bu məsələ ümumi şəkildə tənzimlənir. Büdcədə ənənəvi olaraq sosial sahələrə ayrılan xərclər, təqaüdlər, əmək haqları, eləcə də kənd təsərrüfatına ayrılan vəsait normal iqtisadiyyata malik ölkələrdə bu cür tənzimlənmir. Bizdə bir qayda olaraq investisiya xərcləri və tikintiyə ayrılan xərclər üstünlük təşkil edir. Bu baxımdan biz inkişaf müşahidə etmirik. Əhalinin gəlirlərinin və büdcə təşkilatlarında çalışan işçilərin əmək haqlarının kölgə iqtisadiyyatına uyğun olaraq mövcudluğu bu məsələlərdə büdcənin əhəmiyyətini ciddi şəkildə aşağı salır. Əhalinin böyük bir hissəsi, xüsusən təqaüdçülərə, uşaqlara ayrılan vəsait bu kəsimin həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Prinsip etibarilə bu əsaslı iqtisadi islahatlar tələb edir. Yalnız o halda büdcə tənzimlənməsi iqtisadi proseslərə təsir edə bilər”. 

Pənah Hüseyn hərbi xərclərin artırılmasını da ciddi bir fakt hesab etdiyini bildirdi: “Torpaqlarımızın işğal altında olmasının nəzərə alaraq mən bunu doğru bir addım hesab edirəm.  Ancaq xüsusi diqqət əhalinin sosial durumunun yüksəlməsinə ayrılmalıdır. Həmçinin elm, təhsil  və kənd təsərrüfatı sahəsinə ayrılan vəsait artırılmalıdır və bu planlı şəkildə, xüsusi proqramlar ortaya qoyaraq əsaslandırılmalıdır. Hazırda təhsilə ayrılan xərclər də əsasən tikinti işlərinə  sərf olunur. Ancaq bu sahənin inkişafına xidmət edəcək proqramlar yoxdur, yazılsa belə bu kağız üzərində qalır, həyata keçirilmir. Bu baxımdan büdcənin şəffaflığı mövcud deyil. Büdcə vəsaitlərinin təxminən 70-80 faizinin xərclənməsinə nəzarət faktiki olaraq mümkün deyil. Bu da korrupsiya mühitinin formalaşmasına səbəb olur.  Ənənəvi olaraq Azərbaycanda indiki iqtisadi durum elədir ki, əvvəlki büdcələrdə olan situasiya dəyişməz olaraq qalır. Büdcə haqqında qanunun da digər qanunlar kimi faktiki olaraq işləmir və büdcə kağız üzərində yazılanlardan fərqli bir şəkildə xərclənir”.   

Musavat.com

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol