• $
  • €
  • ₽
  • ₺
  • £

Sahil Babayev vakant vəzifələrə niyə təyinat aparmır? - ƏƏSMN-də müəmmalar

Sahil Babayev vakant vəzifələrə niyə təyinat aparmır? - ƏƏSMN-də müəmmalar
19.07.2018 12:33
Xəbər verildiyi kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi nazirlikdə tədricən dəyişikliklər aparır. Ancaq maraqlıdır ki, nazir çıxardığı şəxslərin yerinə isə təyinat aparılmır.

Bunu DSMF-nin ciddi nöqsanlara yol verdikləri üçün azad olunmuş 11 rayon üzrə şöbə müdirlərinin timsalında da görmək olar.

Mia.az bildirir ki, həmin 11 şöbə müdiri - Bakı şəhəri Yasamal rayon şöbəsi, Sabunçu rayon şöbəsi, Suraxanı rayon şöbəsi, Xətai rayon şöbəsi, Xaçmaz rayon şöbəsi, Quba rayon şöbəsi, Şirvan rayon şöbəsi, Lənkəran rayon şöbəsi, Cəlilabad rayon şöbəsi, Salyan rayon şöbəsi, Şamaxı rayon şöbəsinin müdirlərinin ciddi nöqsanlara yol verdiyini Sahil Babayev ötən həftə keçirdiyi iclasda deyib. Lakin onların hətta bəzilərinin vəzifədən çıxarılmasından 3 ay ötsə də, yerinə hələlik təyinat olmayıb:

"Maraqlıdır ki, bu hal nazirliyin aparatında da özünü göstərir. Bleə ki, işdən azad edilən  bir çox şöbə müdirlərinin yerinə də hələ ki təyinat aparılmayıb.  Məsələn, ötən ay sabiq nazir Səlim Müslümovun əmisi oğlu, nazirin müaşaviri Yalçın Müslümovun postu hələ də sahibini gözləyir. Bundan başqa nazieliyin aparat rəhbəri vzəifəsinə də təyinat yoxdur. Bu vəzifəni nazirin yeni təyin etdiyi müşavir Anar Əliyev icra edir. Eyni halı bir çox şöbələrin simasında da görmək olar. Bəli, faktdır ki, Sahil Babayev indiyədək çıxardığı şəxslərin böyük əksəriyyətinin yerinə də rəsmi təyinat apara bilməyib. Halbuki, nazirlik və ona bağlı olan qurumlarda xeyli şöbə müdirləri vəzifəsi vacant olaraq qalır. Hamısını ya müavinləri, ya da sektor müdirləri əvəz edir. 

Diqqətçəkən məqamlardan biri də odur ki, Fazil Talıbovun nazirliyin ictiamiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunması xəbəri də doğru deyil. Belə ki, o, həmin şöbəyə əslində müdir müavini təyin edilib, sadəcə şöbə müdiri vəzifəsini indiyədək icra edir. Yəni Sahil Babayevin ənənəvi taktikası burada da öz sözünü deyib ”.

Yeni nazirin nədən belə hürkək davranmasına gəlincə, müsahibimiz deyir ki, qanuna görə elə vəzifələr var ki, mütləq dövlət qulluğuna imtahan verib, uğurla keçdikdən sonratəyinat ola bilər: "Düzü, mən bilmirəm ki, Sahil Babayev Dövlət İmtahan Mərkəzinə hazırda nə qədər vakant yerlə bağlı sifariş verib. Mən bildiyimə görə, hazırda nazirlikdəki şöbə müdirləri vəzifəsi haqda heç yerə məlumat da verilməyib. O, ya müqavilə ilə, ya da əvəzedici təyinatlar verməklə nazirliyi zamanın öhdəsinə buraxıb. Yəni bu gün ƏƏSMN faktiki belə idarə olunur, iddia olunduğu kimi heç bir ciddi dəyişiklik və islahat olmayıb. Lakin bu istiqamətdə proses gedir”.

 Məlumata görə, hazırda ƏƏSMN və onun strukturlarında sabiq nazirin kifayət qədər ciddi vəzifələr tutan qohumları və sadiq kadrları var: "Onların arasında Səlim Müslümovun qaynı, DSMF-nin ondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi Ağalar Xasayevdən tutmuş, nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova və digərləri ilə yanaşı, hal-hazıra qədər nazirin köməkçisi olan İqbal Hacıyevə qədər var. Sabiq nazirin qohumlarını vəzifəyə yerləşdirməsinə xüsusi şərh verməyə ehtiyac yoxdur. Çünki bu, birbaşa "Korrupsiya haqqına” qanuna zidd olmaqla yanaşı, izahı ortada olan məsələdir. Lakin faktiki bu saat da nazirlikdə Səlim Müslümova sadiq olan, onun sayəsində sürətli yüksəliş qazanmış kadrlar da az deyil. Onların arasında Şəlalə Cəfərovanın və hazırda da yeni nazirin köməkçisi olan İqbal Hacıyevin adını da çəkmək olar.

 Qeyd edim ki, hazırda Sahil Babayevin də köməkçisi vəzifəsini yerinə yetirən İqbal Hacıyev ta Səlim Müslümov DSMF-nin rəhbəri olandan onunla addımlayıb. Bu gün isə yeni nazirin "kuxna”sındadır. Elə ötən həftə nazirin 11 DSMF müdiri haqda verdiyi açıqlamanın keçirildiyi iclasda da İqbal Hacıyev ordaydı. Nə sirrdirsə, yeni nazir də hələlik ona böyük ehtiyac duyur”. 

Məlumata görə, nazir Sahil Babayev ƏƏSMN və onun strukturlarına kök salmış "köhnə qvardiya” ilə tələsik vidalaşmaq niyyətində deyil: "Bildiyimə görə, onlarla bu ilin sonunadək vidalaşacaqlar. Həmin vaxta qədər də yeni nazir bu sahədə artıq yetişən kadrları önəmli vəzifələrə gətirəcək...”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol