• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” abunəçiləri Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə internet bonuslar qazanır

“Nar” abunəçiləri Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə internet bonuslar qazanır
01.08.2018 18:34

 
 
Milli dəyərləri daim diqqətində saxlayan mobil operator "Nar” 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili və günü münasibətilə abunəçilərinə 1 GB internet bonus qazanmaq imkanı yaradır.  "Nar” abunəçiləri internet üzərindən keçirilən müsabiqədə iştirak edərək həm ana dili biliklərini sınaya, həm də qalib gələrək "Nar”dan internet bonusları qazana bilər.
 
"Nar”-ın sosial şəbəkə hesablarında paylaşılan müsabiqədə iştirak etmək üçün mobil operatorun abunəçisi olmaq şərt deyil. Müsabiqə hər kəs üçün açıqdır. Lakin "Nar” abunəçiləri müsabiqənin qalibi olduğu təqdirdə ilk 20 qalibə 1 GB, sonrakı qaliblərin hər birinə isə 100 MB mobil internet hədiyyə edilir. Bonusu əldə etmək üçün müsabiqənin sonunda iştirakçı "Nar” nömrəsini qeyd etməlidir. Müsabiqədə bu keçid vasitəsilə iştirak edə bilərsiniz: https://www.nar.az/language-day.html?utm_source=facebook&utm_medium=social&utm_campaign=language_day.
Müsabiqə avqustun 2-sində bitir.
 
Qeyd edək ki, "Nar” uşaqlar üçün Azərbaycan nağılları resursu yaradıb. 60 Azərbaycan xalq nağılı səsləndirilərək "YouTube” platformasında (bax.nar.az/nagil) yerləşdirilib və CD-lərə köçürülüb. Uşaqları müdafiə günü münasibətilə yaradılmış bu resurs xüsusilə valideynlər tərəfindən minnətdarlıqla qarşılanıb.
 
Azərbaycan Respublikasında latın qrafikalı əlifbaya ilk dəfə 1929-cu ildə keçilib və daha sonra 1940-cı ildə kiril qrafikası ilə əvəz olunub. Dövlət müstəqilliyinin bərpasından sonra, 1992-ci ildə yenidən latın qrafikasının tətbiqi barədə qanun qəbul edilib. Azərbaycan əlifbası və Azərbaycan dili günü 2001-ci ildə təsis edilib.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol