• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkidə qəribə hadisə: Təmir etdiyi körpüdən istifadə üçün pul alır – VİDEO

Şəkidə qəribə hadisə: Təmir etdiyi körpüdən istifadə üçün pul alır – VİDEO
07.08.2018 13:56
Son vaxtlar bölgələrdə, xüsusən istirahət zonalarında ictimai əsaslarla qurulan, belə demək mümkünsə xalqın ümumi malı hesab edilən xidmət növlərindən istifadəyə görə kimlərinsə pul tələb etməsi hallarına rast gəlirik.

Yenicag.az ARB-yə istinadən xəbər verir ki, belə bir yer Şəkidə ödənişli avtomobil körpüsüdür

Uzun illərdir mövcud olan körpünü bir sahibkar təmir edib və həmin şəxsin tapşırığı ilə körpüdən istifadəyə görə hər avtomobil 1 manat pul ödəməlidir.

Sahibkarın bu addımı qanuna uyğundurmu?

Yerli turist: "Kişinin adını söylədilər, dedilər ki, giriş-çıxış ona çatır. Bilmədik nə məsələdir. Məəttəl qaldıq, pulunu verdik, keçdik”.

Nəzarətçi Anar Abdulhəmidov isə deyir ki, bu körpü şəxsi əmlak sayılır və onu öz hesabına təmir edən şəxsin qərarı ilə ödənişli edilib.

"Fiçəng müəllim dəfələrlə bu körpünü qurdu, düzəltdi ki, sakinlərə, qonaqlara xoş olsun, gəlsin istirahətini etsin. Öz hesabına qoyduğuna görə və heç bir qurum kömək etmədiyi üçün bunu pullu elədi. Deyirlər ki, çaylaqda körpü pullu ola bilməz. Amma biz başa salırıq ki, buna görədir. Hamı normal qarşılayır”.

Qanunvericiliyə görə isə, ölkədə avtomobil yolları özəl ola bilər. Bunun üçün həmin yolun və ya yollar üzərində yerləşən körpülər və digər yol qurğularının layihə sənədlərinin hazırlanmasından başlayaraq, bütün işlər fiziki şəxs və ya şirkət tərəfindən görülür, həmçinin mülkiyyət hüququnun qeydə alınması həyata keçirilir. Ancaq bu hallarda da həmin yol ümümi istifadə üçün açıq olmalıdır.

Ekspert Ərşad Hüseynov bildirib: "Dövlətin və ya bələdiyyənin yolu kiminsə tikməsindən, təmin olunmasından asılı olmayaraq, ümumi istifadə üçün açıq olmalıdır. Ödənişli olması üçün də Nazirlər Kabinetinin qərarı olmalıdır. Ödənişin məbləği ilə bağlı, həmin yolun ödənişli olması ilə bağlı, kimsə öz istəyinə görə, hətta yerli icra hakimiyyəti, yerli bələdiyyə, sahibkar yolun elementini pulludur deyə müəyyən edə bilməz. Bunu yanlız ali hakimiyyət orqanları edə bilər”.

Bu körpünün vəziyyəti isə heç də ürəkaçan deyil və heç bir normativə uyğun gəlmir. Dəfələrlə sel nəticəsində uçub. Bu isə təhlükəsizliyin necə təmin olunacağını sual altına qoyur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol