• $
  • €
  • ₽
  • ₺
  • £

Fevralın 10-dan etibarən bu mallara aksiz vergisi tətbiq ediləcək

Fevralın 10-dan etibarən bu mallara aksiz vergisi tətbiq ediləcək
14.01.2019 09:21
Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilən "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişikliklər edilməsi ilə bağlı Nazirlər Kabinetinin 10 yanvar 2019-cu il tarixli 4 və 5 nömrəli qərarları ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirib.

Komitədən Anews.az-a verilən məlumata görə, bəzi məlumatlarda yanlış şərhlərə yol verilir, gömrük rüsumlarının artırılması ilə bağlı fikirlər irəli sürülür:

"Məlumat üçün bildiririk ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununa əsasən alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər və elektron siqaret üçün maye aksizli malların siyahısına daxil edilib, siqar və siqarilllalar fərqli aksiz dərəcəsi tətbiq olunmaqla yeni redaksiyada verilib və siqaretlərin isə aksiz dərəcəsi artırılıb.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 4 nömrəli qərarına əsasən həmin malların Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə sinifləşdirilməsi məqsədi ilə alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər , elektron siqaret üçün maye, siqaret, siqar ve siqarillaların müvafiq mal mövqelərinin kodları müəyyənləşdirilib.

Alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər və elektron siqaret üçün mayeyə, siqaret, siqar ve siqarillalar əvvəllər sadəcə idxal rüsumuna cəlb olunurdusa, Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə cari ilin fevral ayının 10-dan etibarən bu mallara həm də aksiz vergisinin tətbiqi nəzərdə tutulub.

Bildiririk ki, "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri" haqqında Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilib və hazırda tətbiq edilən idxal gömrük rüsum dərəcələrində heç bir dəyişiklik edilməyib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol