• $
  • €
  • ₽
  • ₺
  • £

“Qurbanlıq heyvanların satış qiyməti endirilib” - Nazir Heydər Əsədov

“Qurbanlıq heyvanların satış qiyməti endirilib” - Nazir Heydər Əsədov
04.10.2014 11:53
Bakı şəhərinin 8 yerində qurbanlıq heyvanların satış məntəqələri təşkil olunub. Satış məntəqələrinə 12 mindən çox heyvan çıxarılıb və heyvanların gətirilməsi davam edir.“APA-Economics”in məlumatına görə, bunu bu gün Qurban bayramı ilə bağlı Bakıda keçirilən qurbanlıq heyvanların satışı yarmarkasında iştirak edən kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib: “Biz düşünürdük ki, bir baş qurbanlıq heyvanı 95 manata sataq. Ancaq əhalinin tələbatını nəzərə alaraq satışın 90 manatdan olmasına qərar verdik. Biz istehlakçılarla bərabər, istehsalçıların da marağını gözləyirik. Burada elə bir optimal nöqtə yaratmalıyıq ki, bu, məhsullar bazarında optimal nöqtədən artıq təsir göstərməsin, insanların zəhməti ilə yetişdirdiyi heyvanlarının dəyərindən çox ucuzlaşmasına gətirib çıxarmasın. Buna görə də biz yoxlama apardıq və qərara gəldik ki, bazara 12-15 min arasında iri və xırda buynuzlu mal-qara buraxaq ki, qiymətdə disparitet yaratmayaq. Bir az da camaat rahatlansın. Bizim də vəzifəmiz bundan ibarətdir”.H. Əsədov əlavə edib ki, satış məntəqələrində kəsim pulsuzdur: “Kəsim məntəqələrində Bakı şəhərinin Baytarlıq İdarəsinin nümayəndələri də var. Səyyar laboratoriyamız bütün yerləri gəzir, qurbanlıq heyvanlar bir-bir yoxlanılır. Heyvanlar yoxlanıldıqdan sonra karantində olub. Yəni burada xəstəlik törədicisi gözləməyin. Biz bu heyvanlara zəmanət veririk. Bir neçə gündür bu yöndə iş aparılır”. 

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol