• $
  • €
  • ₽
  • ₺
  • £

Zaminlərin kompensasiya məsələsi ilə bağlı - Nazirdən açıqlama

Zaminlərin kompensasiya məsələsi ilə bağlı - Nazirdən açıqlama
02.03.2019 10:06
Maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində problemli kreditlərin həlli ilə bağlı zaminlərin kompensasiya məsələsinə də toxunub.

Nazir "Zaminlərə də kompensasiya ödənilmə ehtimalı varmı” sualına belə cavab verib: 

"Hesab edirəm hələ çox suallar olacaq. Aydındır ki, bu fərman vətəndaşlarımızın yaxşı mənada maraqlarına toxunan məsələdir. Maliyyə Nazirliyinin internet portalında xüsusi bölmə yaradılır. Çalışacağıq gələn həftənin əvvəlində artıq həmin bölmə hazır olsun. Bu xüsusi bölmədə tez-tez soruşulan suallara cavablar veriləcək. Fikirləşirəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank da oxşar addımlar atacaq. 

Çox güman ki, burada 3 tərəf prosesdə iştirak edir. Bank-borc verən kimi, borc alan və zamin duran. Borc alan öz öhdəliklərini hər hansı bir səbəbə görə yerinə yetirmək iqtidarında olmayanda zaminin bankda olan vəsaitindən, yaxud əmanətindən, hər hansı başqa ödənişlərindən bank avtomatik surətdə pulu silir. 

Fərmanda yazılır ki, kompensasiyanı borcalana ödənilir. Ancaq həmin şəxsin bank qarşısında borcları varsa da, o ilk növbədə banka öz borclarını bağlamalıdı. Belə olan halda zaminlə onun arasındakı münasibətlər nədir? Ola bilsin, buna fərdi halda baxılmalıdır. Yəni zamin pulu borcalanın əvəzinə banka ödəyib və artıq onun borcalana qarşı öz tələbi yaranıb. Ona görə də bu məsələyə zaminlik müqaviləsi çərçivəsində baxmağa ehtiyac yaranır. Güman edirəm ki, biz bu məsələlərin həlli ilə məşğul ola bilərik". 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol