• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika Quzanlı qəsəbəsində sosial aksiya keçirib

Bank Respublika Quzanlı qəsəbəsində sosial aksiya keçirib
08.04.2019 23:11
Ötən il çoxsaylı sosial layihələr həyata keçirən Bank Respublika, korporativ sosial məsuliyyət siyasəti çərçivəsində növbəti sosial layihəni Ağdam rayonunun Quzanlı qəsəbəsində həyata keçirib.
 
Belə ki, bu dəfə Beynəlxalq Gənclər Cəmiyyətinin Azərbaycan üzrə rəhbəri Məhbubə Musayeva v ə Müyəssər Texnologiyalar və Ətraf Mühit üzrə Qlobal Alyansın Azərbaycan üzrə nümayəndəsi İlkin Əliyevin təşəbbüsü və təşkilatçılığı, Ağdam rayon İcra Hakimiyyətinin iştirakı və "Bank Respublika”nın dəstəyi ilə Ağdam şəhidlərinin xatirəsinə həsr olunmuş "Şəhidlər unudulmur” adlı ağacəkmə aksiyası keçirilib.
 
Aksiya iştirakçıları öncə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
 
Daha sonra, layihənin təşkilatçıları və iştirakçılar tərəfindən torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş Ağdam şəhidinin xatirəsinə 538 ağaç əkilib.
 
Bankdan verilən məlumata əsasən, Bank il ərzində sadəcə biznes sahəsində deyil, həmçinin sosial sahədə də müxtəlif layihələr həyata keçirərək cəmiyyətə faydalı olmağa davam edəcək.
 
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol