• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana gələn turistlərin sayı açıqlandı

Azərbaycana gələn turistlərin sayı açıqlandı
18.05.2019 18:00
Azərbaycana bu ilin ilk 4 ayı ərzində 1 milyona yaxın turist gəlib.


Anews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-aprel aylarında  Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib.


Gələnlərin  27,3 faizi Rusiya Federasiyası, 26,8 faizi Gürcüstan, 11,1 faizi Türkiyə, 8,0 faizi İran, 3,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8 faiz olmaqla Ukrayna və Hindistan,  1,4 faizi Pakistan, 1,3 faizi İraq, 16,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 69,5 faizini kişilər, 30,5 faizini isə qadınlar təşkil edib.


Ölkəmizə yanvar-aprel aylarında gələnlərin sayında daha çox artım Misir (2,2 dəfə), Səudiyyə Ərəbistanı (1,9 dəfə), Hindistan (1,8 dəfə), Türkmənistan (1,8 dəfə), Çin (1,6 dəfə), Yaponiya (37,1 faiz), Kanada (31,8 faiz), Pakistan (28,8 faiz), Gürcüstan (22,6 faiz), Polşa (20,8 faiz) və Cənubi Koreya (20,5 faiz) vətəndaşları arasında qeydə alınıb.


2019-cu ilin yanvar-aprel aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  7,0 faiz artaraq 34,2 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 27,5 faiz azalaraq 142,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,0 faiz azalaraq 282,0 min nəfər olub.


Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 61,1 faizi dəmir yolu və avtomobil, 38,1 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.(qaynarinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol