• $
  • €
  • ₽
  • ₺
  • £

"Bank Standard"ın Kreditorlar Komitəsinin sədri istefa verir

"Bank Standard"ın Kreditorlar Komitəsinin sədri istefa verir
27.05.2019 10:05
İyunun 11-də, saat 15.00-da ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək. 
Anews.az xəbər verir ki, bu barədə Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib. 
Onun sözlərinə görə, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasında olacaq. 

"İclasa Fondun icraçı direktorunun müavini Vüqar Abdullayev də dəvət edilib. İclasda "Bank Standard"ın maliyyə vəziyyəti və ləğv prosesi, habelə Kreditorlar Komitəsinin yeni tərkibinin müəyyən edilməsi, o cümlədən Komitənin sədrinin və katibinin dəyişdirilməsi məsələsi müzakirə ediləcək. Komitə sədri olaraq mən istefa verəcəyəm. Komitə üzvləri iclasın gündəliyinə dair əlavə təkliflərini iyunun 4-nə qədər mənə ünvanlaya bilərlər", - deyə Ə.Həsənov qeyd edib. 

Bundan başqa, hüquqşünas bildirib ki, Kreditorlar Komitəsinin Əsasnaməsinə görə iclasda yetərsay, onun üzvlərinin 2/3 hissəsi qədərdir: "Komitənin məhkəmə tərəfindən tanınmış 3 may 2017-ci il tarixli iclas protokoluna əsasən, hazırda Komitənin üzvlərinin sayı məndən başqa, 26 nəfərdir. Bunlardan da 20-si Komitəyə ADIF-in təşəbbüsü ilə daxil edilib. Amma bu üzvlərin əksəriyyəti uzun müddətdir ki, iclaslara gəlmir. Odur ki, Komitənin tərkibi yenilənməli və məhkəmə tərəfindən tanınmalıdır. Buna görə də növbəti iclasda bir sıra hüquqi məsələlərin (Komitə sədri və katib seçkisi) həll edilməli  olduğu üçün yetərsay (azı 18 üzv) olmasa, iclasda iştirak edən və Komitə üzvü olmaq istəyən hər kəsdən ibarət yeni tərkibin siyahısının məhkəməyə təqdim olunması planlaşdırılır. Xatırladıram ki, "Bank Standard"ın təxminən 45 min kreditoru var”. 

Ə.Həsənovun sözlərinə görə, bəzi əmanətçilər iclasın daha yaxın tarixdə keçirilib-keçirilməməsi barədə ona müraciət edir: "Xatırladıram ki, Komitənin Əsasnaməsinə görə onun növbəti iclasının tarixi əvvəlki iclasda müəyyən edilir. Bu tarix də müəyyən edilib – 11 iyun. Əsasnaməyə görə növbədənkənar iclasın keçirilməsi haqda təşəbbüsü sədr, ADIF və Komitə üzvlərinin 2/3 hissəsi irəli sürə bilər. Mənə heç kəs tərəfdən fərqli tarix barədə rəsmi müraciət edilməyib. Bundan sonra edildiyi halda belə, təşəbbüskar təbii, daha yaxın tarixdə iclasın hansı səbəbdən keçirilməsi zərurətini əsaslandırmalıdır. Çünki hər bir halda növbəti iclasa 2 həftə qalıb və həmin 2 həftənin, yəni 14 günün yarısı (7 gün) qeyri-iş günüdür. Başqa sözlə, daha tez tarixdə iclasın keçirilməsi hazırlıq baxımdan praktiki olaraq mümkün deyil. Kreditorlara etdiyim əvvəlki müraciətlərimə uyğun olaraq onlardan bir daha xahiş edirəm: Komitənin yeni sədri və katibi barədə aralarında müzakirələrə indidən başlasınlar ki, iclasda namizədlərin müəyyən edilməsi çox vaxt aparmasın”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol